SON XƏBƏRLƏR

Abbas Əraqçi: “Boeing” və “AirBus”la müzakirələr hələ nəticə verməyib”

2021.10.20, 07:36
Abbas Əraqçi: “Boeing” və “AirBus”la müzakirələr hələ nəticə verməyib”

Gunaz.tv
 GünAzTV: İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, oktyabrın 16-da jurnalistlərə açıqlamasında sərnişin təyyarələrinin alınması xüsusunda “Boeing” və “AirBus” şirkətləri ilə apardıqları müzakirələrdən danışıb.

Abbas Əraqçi bildirib ki, o, alınan təyyarələrin tez bir zamanda İrana verilməsinə ümidvardır: “Sərnişin təyyarələrinin alınması ilə bağlı bizim “Boeing” və “AirBus” şirkətləri ilə apardığımız müzakirələr hələ də davam edir. Həm “Boeing”, həm də “AirBus”, təyyarələrin İrana satışı üçün lisenziya almaq məqsədilə ABŞ-ın Maliyyə Nazirliyinə müraciət etmişdilər. Ortada olan əsas problem, həmin lisenziyanı almaq idi. Lakin gec də olsa, bu lisenziya artıq verilib. Təyyarələrin təhvil verilməsində yaranan gecikmə isə, İranın həmin iki şirkətlə məsələnin texniki və hüquqi tərəfləri barədə apardığı müfəssəl və mürəkkəb danışıqlarla əlaqədardır. Təəssüflər olsun ki, bu müzakirələr hələ də nəticə verməyib və danışıqlar davam edir”.

Bir neçə gün əvvəl “Boeing” şirkətinin icraçı direktoru Dennis Muilenburg İrana 100 ədəd sərnişin təyyarəsinin satışı ilə bağlı Tehranla apardıqları müzakirələrdən danışıb.

Oktyabrın 4-də, innovativ texnologiyalar mövzusunda Çikaqoda keçirilən konfrans zamanı jurnalistlərə açıqlama verən Dennis Muilenburg bildirib ki, İrana sərnişin təyyarələrinin satışı ilə bağlı Tehranla aparılan müzakirələr davam edir: “Bu haqda Tehranla danışıqlarda müəyyən qədər irəliləyiş var. Lakin bu il İrana hər hansı bir təyyarə verilməyəcək. Daha doğrusu, təyyarələrin satışı ilə əlaqədar Tehranla bağladığımız müqavilə gələn 2-3 ildə təkmilləşdiriləcək. Hazırda biz İranla sazişin quruluşunun son mərhələsi üzərində işləyir, təyyarələrin satışı üçün lazımi lisenziya almaq üçün Amerika hökumətinin rəsmiləri ilə də danışıqlar aparırıq. İranla bağlanan bu müqavilə “Boeing” şirkəti üçün böyük bir fürsətdir və bu xüsisda danışıqlarda irəliləyiş olmasından sevinirəm”.

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar