SON XƏBƏRLƏR

Təbrizdə Beynəlxcalq Kitab Sərgisi keçirilir

2021.10.20, 07:36
Təbrizdə Beynəlxcalq Kitab Sərgisi keçirilir

Gunaz.tv
 GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində 14-cü Təbriz Beynəlxalq Kitab Sərgisi keçirilir.

Oktyabrın 17-dən başlayaraq 5 gün davam edəcək sərgi, yerli vaxtla saat 10-dan 20-dək açıq olacaq.

Şərqi Azərbaycan İrşad İdarəsinin rəisi keçirdiyi mətbuat kopnfransında bildirib ki, “yüksək lisans və doktorlar 100 min tümən (təxminən 30 dollar), lisanlar 50 min tümən və orta məktəb məzunları 30 min tümən dəyərində xüsusi endirinlə kitab ala biləcəklər, nəşriyyat evləri isə alıcılar üçün əlavə olaraq 20-30 faiz endirim nəzərdə tutublar.”

 “Ötən dəfəki sərgidə 3 milyard tümənlik kitab satışı qeydə alınıb və bir  milyondan çox insan sərgini ziyarət edib. Bütün bunlar sözügedən beynəlxalq sərgiyə xüsusi etibar qazandırıb”- deyə İrşad İdarəsi rəisi əlavə edib.

N.S 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar