SON XƏBƏRLƏR

Vladimir Putin Suriyada

2021.10.20, 07:36
Vladimir Putin Suriyada

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putin gözlənilmədən Suriyaya səfər edib.

 

Səhər saatlarında Suriyaya səfər edən Rusiya prezidenti Vladimir Putin Hmeymim hərbi bazasında bu ölkənin lideri Bəşər Əsədlə ayrıca görüş keçirib.

 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Putin Suriyanın Hmeymim bölgəsində yerləşən Rusiya hərbi hava qüvvələrinin bazasına baş çəkib.

 

Putin Rusiya əsgərlərinin Suriyadan çıxarılması haqda əmr verib. Müdafiə naziri və Baş Qərargah rəisinə Rusiya hərbi birləşmələrinin daimi dislokasiya yerinə qaytarılması barədə tapşırıq verilib.

 

Suriyada Rusiyanın Hmeymim aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının (navqan) maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.

 

Qeyd edək ki, bu gün Rusiya prezidentinin Türkiyəyə səfəri gözlənilir. Onun Ankaradan öncə Suriyaya gedəcəyi gözlənilmirdi.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar