SON XƏBƏRLƏR

İdman xəbərçisindən “Traxtur” tərəfdarlarına şad xəbər – VİDEO

2021.10.20, 07:36
İdman xəbərçisindən “Traxtur” tərəfdarlarına şad xəbər – VİDEO

Gunaz.tv

GünAz TV: Təbriz Səhənd telekanalının idman xəbərçisi Muctaba Sai “Traxtur” tərəfdarlarını sevindirəcək xəbər yayıb.

 

O İnstaqram səhifəsində yaydığı videoda “Traxtur” matçını göstərərək Azərbaycan türkcəsində raport verib. Jurnalistin təqdirəlayiq işi bu istiqamətdə atılan ilk addımdır.

https://www.youtube.com/watch?v=8knDiRkoaZQ

 

 

Azərbaycan komandalarının oyunlarının türk dilində raportu ilə bağlı icazə alındığını bildirən M.Sai Azərbaycan əhalisini bu işə yardımçı olmağa çağırıb. “Çoxdandır futbolsevər dostlarım futbolun türkcə raportunu istəyir. Ötən gün 6 ay məşqdən sonra birinci dəfə olaraq bunu test etdik. Artıq bununla bağlı səlahiyyətli orqanlardan icazə də alınıb. Yaxın gələcəkdə  istədiyimiz reallaşacaq”- deyə o öz səhifəsində yazıb.

 

 

İdman xəbərçisinin bu postu panfarsistlərin kəskin etirazına səbəb olub. Onlar paylaşılan posta təhqiramiz və irqçi kamentlərlə reaksiya veriblər. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri isə jurnalisti alqışlayaraq panfarsistlərin irqçi mövqeyini kəskin qınayıblar.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar