SON XƏBƏRLƏR

Təbrizin “Şəhrdari” komandası basketbol super liqasının çempionu oldu - VİDEO

2021.10.20, 07:36
Təbrizin “Şəhrdari” komandası basketbol super liqasının çempionu oldu - VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin “Şəhrdari” basketbol komandası İran super liqasının çempionu oldu.

 

Bu, Güney Azərbaycanın basketbol təcrübəsində bir ilkdir.

 

Fevralın 13-də Təbrizin “Şəhrdari” klubu Tehranın “Mehram” komandasını Təvana stadionunda qarşılayıb. Azərbaycan təmsilçisi oyunda 85:73 hesabı ilə qələbə əldə edərək 5 final oyunundan 3-nün qalibi olub. Bu nəticədən sonra “Şəhrdari” komandası İran super liqa yarışlarının builki çempionluğunu əldə edib.

 

https://www.youtube.com/watch?time_continue=50&v=7xbUvLPsyRs

 

https://www.youtube.com/watch?time_continue=6&v=dHm74G8MauM

 

 

Təbriz vaxtı ilə 16:30-da başlayan qarşılaşmanı 3 mindən çox tamaşaçı yaxından izləyib. “Şəhrdari” tərəfdarları oyun zamanı bir çox milli şüarlar səsləndirib. Onlar Azərbaycanın məşhur “Traxtur” futbol komandasına da dəstək nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?time_continue=6&v=oJUeKQ92VvM

 

https://www.youtube.com/watch?time_continue=44&v=SnRbwyObIZM

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar