SON XƏBƏRLƏR

Təbrizin “Şəhrdarı” komandası suya tullanma yarışları üzrə super liqanın çempionu oldu

2021.10.20, 07:36
Təbrizin “Şəhrdarı” komandası suya tullanma yarışları üzrə super liqanın çempionu oldu

Gunaz.tv

GünAz TV: Təbriz Şəhrdarisi (Bələdiyyə İdarəsi) Azərbaycana uğur gətirməkdə davam edir.

 

Bu dəfə “Şəhrdari” komandası suya tullanma üzrə İran super liqasının çempionu olub.

 

Yarışların final mərhələsi fevralın 14-də Tehranın Azadi stadionunda baş tutub. Suya 1 metr və 3 metr hündürlüyündən platformanın ucundan tullanma yarışlarında Təbrizin “Şəhrdari” komandası 181 xal (imtiyaz) qazanaraq super liqanın ikinci komandasından 65 fərqlə çempionluğu əldə edib.

 

Tehranın “Neft” komandası 116 xalla ikinci, İran ordusu quru qüvvələrinin komandası isə 101 xalla üçüncü yerdə qərarlaşıb.

 

Xatırladaq ki, fevralın 13-də Təbrizin “Şəhrdari” basketbol komandası Tehran təmsilçisi “Mehram”ı məğlub edərək İran super liqasının çempionu olmuşdur.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar