SON XƏBƏRLƏR

“Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Aprelin 13-ü yerli vaxtla saat 16:00-da Təbrizin “Traxtur” futbol komandası Rəştdə “Sepidrud”un qonağı olub.

 

“Sərdar-i cəngəl” stadionunda keçirilən görüşdə çox sayda soydaşımız tamaşaçı qismində stadiona gedib. Əksəriyyəti Rəştdə yaşayan türklərdən ibarət “Traxtur” tərəfdarları oyun zamanı çoxlu milli şüarlar səsləndirib, “Traxtur”u təşviq edən plakatlar qaldırıblar.

 

“Traxtur” tərəfdarları “Yaşasın Azərbaycan”, “Sən çağırsan gələrəm mən, Sən yaşa Azərbaycan,...” və s. kimi şüarlar səsləndirərək dəfələrlə stadionu lərzəyə gətiriblər.

 

Super liqa yarışlarının 28-ci həftəsində keçirilən oyun 1:0 hesabı ilə yerli komandanın xeyirinə sona çatıb. “Sepidrud”a qələbə qazandıran qol oyunun 25-ci dəqiqəsində Məhəmməd Qulami tərəfindən vurulub.

 

https://www.youtube.com/watch?time_continue=8&v=gGrvHD0Rohc

 

https://www.youtube.com/watch?time_continue=8&v=lNG_5n3QpQk

 

https://www.youtube.com/watch?time_continue=5&v=CofhtonL6cg

 

https://www.youtube.com/watch?time_continue=16&v=T9NmHXfYlWA

 

 

 

 

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar