İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Hekayə
Yuxularımda ara-sıra göyümsov, qara oturacaqlı, üç təkərli sürgəcimi (velosiped) görürəm. Onu sürdüyüm, üzərində oturub şıltaqlıq etdiyim günlərin alatoranlığı bir duman kimi çökür düşlərimə. Dumanı yara-yara, əylənərək, iləriyə doğru qoşuram, qoşdururam sürgəci. Sevincdən doğan, yüksələn gülüşümün səsi havada bir irmaq açır. Məndən də yeyin, məndən də qıvraq iləriyə doğru qoşur gülüşüm. Gülüş səsimin ardında bir mən qalıram bir də sürgəc.
Köksümün dustağından dışarıya qopmuş səsim, baramasından yenicə çıxmış kəpənəklər kimi ağacdan-ağaca, budaqdan-budağa, yapraqdan-yaprağa və çiçəkdən-çiçəyə qonub-qalxırdı. Barmaqlarım saza çevrilmiş yelbizinin tellərini çalar andaca gövdələr mahnısı duyulmağa başlayırdı. Qulağımda alov həniri beynimin qopalağını götürəcəkdi az qala. Ürəyim çırpınmağa başlamışdı. Qapını yerindən çıxarmaq istəyən kimi döyən, yumuruğa çevrilmiş əl deyil tini (ruhu) yanmaqda olan bir dəli başı idi sanki. Köksümün enib qalxması bu suqlu qoç süsəşməsindən (buynuzlaşmasından) olmalı idi, gərək. Hələ yarın yuxudan oyanar-oyanmaz “gecə üç təkərli sürgcini gördüm” deyibən, məni şaşırdacaqdı anam.
Neçə il keçmişdi o ağır günlərdən? Dilimi itirdiyim günlərin qaranlıq tülü gözlərim önünə çəkildi. Dilsizlik sorğusu qarşımda dikəlməyə başladı. Anamın, o günləri hankı amacla və nədən andırdığını kirt (heç) avarmadım. Mürgülü gözlərim yenidən bağlanacaqdı birazdan. Anamın səsi getdikcə eşidilməyəcəkdi. Gözlərimdəki son işıq qığılcımı öləziməkdə idi.
Gülüş donunu geyimiş oynağan söz alayı, dumanlığın köksündə şırımlar açaraq, çevrəyə çökmüş sayxınlığın yuxusunu diksindirirdi. Səssizlik dik atılırdı. Ayağa uru durur, boyunu ucaldır, əllərini açır, kölgəsini üzərimə-içərimə salırdı. Kölgə içimə sarılınca mən də səssizlikdən hörülmüş bir sayxınlığa (sükuta) çevrilirdim. Kölgəsi çevrəmi sardığı an “toxdağam-dincəm” deyirdim, öz-özümə.
Mağarasının içi islaq, alovlu və yumuşaq idi. İlkin bir ər qanı dolaşırdı damarlarımda. Bir Şahsevən (elat) dəliliyi var idi məndə. Qanüzlü Qocabəyli ayamasını elə yalnız soyğunla-çapğınla deyil həm də oramızın ərənliyi, yarağımızın təpəri ilə qazanmışdıq. Muğan ovalığında biləngin gücü elə oranın gücündən qaynaqlanır. Mağarasının içinə daldıqca damarımda axan qanın kişnərtisi gözlərimi bərəltmiş, köhülün içinə işıq çiləyəcəkdi birazdan.
Yuxularımı onunla bölüşüb paylaşdığımdan neçə il keçirdi. Bir əl məni onun qucağından ayırmağa çalışırdı. Anamın qısqanclıqdan qartal caynağına dönmüş sevgili əli.
Ancaq, bir göz qırpımında qopan gülüş səsi səssizliyi torpaqdan və çevrədən silə-silə qənşərə doğru ilərləyirdi. Gülüş səsi səssizliyi toz kimi üfürməkdə idi. Mən üfürülmüş gülüş səssizliyindən başqa bir nəsnə deyildim. Yoxluğun çirkin gerçəkliyi qırtlağımdan tutduğu hovuru (vaxt-an-) anarcasına donuxub qalmışdım. Məni kim dilə gətirə bilərdi? Kim dilimi aça bilərdi? Bir öpüş qığılcımından başqa otağıma işıq gətirə biləcək bir nənsə bulunmazdı.
Dilimin açılmasının yolunu qarı Tükəzban bulmuşdu. Bitiyi yazıb, heyva ağacına bağlamışdı. Sonra “bunun sürgəcini tapıb gətirən kimi dili açılacaq” demişdi. Ancaq, “yuxudan diksindirib sürgəcini göstərdiyinizdən sonra dilə gələcək” deyib, yaylığı ilə boğazımı sarıb boşarqı bağlamışdı. Öylə də olmuşdu elə. Yalnız, məni diksindirib dilimi açmışdılar. Gözüm açılan kimi sürgəc sözü dilimdən yerə düşmüşdü. Sözüm sürgəcə çevrilmişdi. Ondan sonra uşaqlar mənə “sürgəc” deyərdilər.
Harama toxunurdusa ayağım daha çox bataqlığa batırdı. Dodağımı açıb astaca qımıldanır, dilimdən bir söz çıxınca isə bataqlığın ayaqlarımın altından tinimi (ruhumu) sümürdüyünü duyurdum. Mən tini sümürülmüş səssizlikdən başqa bir nəsnə deyildim. Telinin qoxusundan ayrılalı neçə il olmuşdu görən ? “Saçımın tellərini saxlama, gözlərimi az öp. Bu işlərin ayrılıq gətirər” deyirdi.
Ayağım büdrəyib bataqlığa düşdüyümdən neçə il, neçə ay və neçə gün keçdiyini kirt (heç) bilmirəm. Ancaq, qaraşın gövdəsinin günəş işığı altında necə lam, necə də əzilərək qıvrıldığını anırdım. Qollarımın gücünü döyüşdə-vuruşda deyil onun “sümüklərim sındı, yavaş” dediyi gün anladım. Çəliyi əyər, daşı əzər gücündə olduğumu sanırdım onun qollarım arasında yuva qurduğu gecələr də. Kişinin təpəri qadın ölkəsi içində anlam qazanır. Təpər sözü qadın varlığından alınan bir qavramdır. Qadınsız kişi sümsük köpəkdən başqa bir nənsə deyilmiş.
Dilimi itirdiyim andan sonra arxama baxmağa alışmışdım. Çiynimə toxuna biləcək özgə barmaqların ağırlığı, könül sıxıcılığını, diksindiriciliyini duymamaq üçün sürəkli arxamı güdməli idim. Bağırmaq-çığırmağa öylə tamarzı qalmışdım ki gəl görəsən. Güclü əllərin ayası çiynimi sıxmasın deyə ayıq olmaq gərəkirmiş. Dilsizləşdikdən sonra düşlərimi yuxu boyunca deyil mürgüləyincə görməyə üstünlük verəcəkmişəm.
“Yol uzunu uyumaq yasaqdır” deyirdim, yuxu boyunca. Düzənlikdə qurduğum, ucaltdığım evə yetişməyincə yuxuya dayan deyəcəkmişəm. Yuxumdaki göyümsov sürgəci yontac (heykəltaraş) barmaqlarımla yonub-yonub Muğan ovalığının Qurdugəl düzünün bənizi üstə seyrək xallar kimi qurduğumuz alaçıqların sağ qolunda dirçəldəcəyimdən soraq tutmamışdım hələ.
Gecələr boyu yuxuya dalmağı çox sevirdim. İtirdiyim ana dilimi yuxuda tapırdım. Ana dilimi oyaq olduğumda itirmişdim, ancaq yuxuya daldığımda onu yenidən bulurdum. Yuxu yeni buluşlar üçün tanrının yaratdığı ölkədir.
Yuxu düşkünlüyümdan soraq tutan siçanlar ayaq barmaqlarımı incəcik dırnaqları, kiçicik dişləri ilə gəmirdiyi an dik atılmışdım. İnsan yuxudan dik atıldığı an ölüm və qorxu ilə tanışır. Bayğınlığımı yorğanla-otağın boşluğu arasına buraxıb dışarıya sıçrayırdım. Qapını açmaq görəcəyim birinci iş idi. Kəndimi günəşə ya da aya yoxlatmalı idim. Siçanların iyrənc əlləri məni yoxlamadan öncə qoy günəş məni yoxlasın, qoy ay məni yoxlasın.
Boynumu sağıma-soluma çevirib, gözlərimin qırağı ilə arxamı süzməyə çalışırdım. Boyun sümükləri, gəmirçəkləri qanrılınca beynimə sızan qan fışqırtısı damarlarımı zoqquldatacaqdı. Getdikcə döyünən, getdikcə çırpınan ürəyimin göz yaşları alnımdan-kürəyimdən axmağa başlayacaqdı. Alın təri istidən-bürküdən deyil ürək çırpıntısındandır.
Sürəkli arxamdan bayquş səsi duyurdum. Kölgələrin boy atması, dil açması, gözlərimin qorxunc adaxlısına çevrilmişdi. Çevrəmdəki qaraltılar və içimdəki sayıqlamalara öyrənmişdim. Qorxunu mənimsədiyim üçün otağımdaki qaranlığın bir yoldaşı, bir soydaşı sanırdım özümü.
Anamın qısqanc qartal caynağına çevrilmiş sevgili barmaqları qırtlağımdan yapışıb məni diksindirib sürgəci göstərdiyi andaca dilim açılmışdı. Mən artıq danışırdım, yaradana Tanrı adı, yaşadana su adı vermişdim. Mən artıq sürgəcə çevrilmişdim.
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN