SON XƏBƏRLƏR

Sulduzlu öyrənci Berlin Sənaye Universitetinin “nümunə öyrənci”si seçilib

2021.10.20, 07:36
Sulduzlu öyrənci Berlin Sənaye Universitetinin “nümunə öyrənci”si seçilib

Gunaz.tv

GünAz TV: Sulduzlu öyrənci Məhəmməd Münəzzəh Berlin Sənaye Universitetinin “nümunə öyrənci”si adına layiq görülüb.

 

Məlumata görə, o universitetdə təhsil alan xarici öyrəncilər arasında 2018-ci ilin ən yaxşı öyrəncisi kimi tanınıb.

 

Almaniya nəşriyyələrindən biri azərbaycanlı öyrənci haqda “Öz vətəniniz və Almaniyanı necə görürüsünüz?” adı ilə raport hazırlayıb.

 

Berlin Sənaye Universiteti bir tədqiqat universiteti kimi Almaniyanın 4-cü ən yaxşı ali təhsil müəssisəsidir.

 

29 yaşlı Məhəmməd Münəzzəh mexanika mühəndisliyi ixtisası üzrə yüksək lisans təhsili alır. O həmin ixtisas üzrə Təbriz Azad Universitetinin məzunudur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar