SON XƏBƏRLƏR

Germidə millət vəkilinin atasının məzarı “imamzadə”yə çevrilib

2021.10.20, 07:36
Germidə millət vəkilinin atasının məzarı “imamzadə”yə çevrilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Germi şəhərinin İran parlamentindəki millət vəkili Himayət Mirzadənin atasının məzarı “imamzadə”yə çevrilib.

 

Məlumata görə, artıq Mir Əziz Mirzadənin məzarı “Seyid Əziz Əleyssalamın müqəddəs İmamzadəsi” adı ilə  Xeyriyyə İşləri və Vəqflər Təşkilatına bağlı olan Mübarək Məkanlar və İmamzadələr Mərkəzi tərəfindən qeydə alınıb.

 

1996-cı ildə vəfat edən Mir Əziz Mirzadə Germinin millət vəkili Himayət Mirzadənin atasıdır. Onun məzarı Germi şəhərinin mərkəzində yerləşir.

 

Şiələrin 12 imamının övlad və ya nəvələrinin məzarı “imamzadə” adlanır. Əksəriyyətinin saxta olduğu deyilən “imamzadə”lər əsasən hökumət üçün gəlir mənbəyinə çevrilib. İslam inqilabından sonra İranda “imamzadə”lərin sayının 10 dəfə artdığı bildirilir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar