SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb

Gunaz.tv

GünAz TV: Fevralın 11-də Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb.

 

Məlumata görə, Ettelaat əməkdaşları fəalların evinə müraciət edərək onları saxlayıb.

 

Şapur Nüsrətpur və Murtaza Sənayinin yaxınlarının sözlərinə görə, fəallar birinci Ərdəbilin İnqilab Məhkəməsinə aparılıb, onlar növbətçi hakimin qərarı ilə Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib.

 

Hələlik fəalların saxlanmasının səbəbi və digər təfərrüatlar barədə dəqiq məlumat olmasa da, onların tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlarla bağlı saxlandığı ehtimal olunur. Bu hadisədən bir gün əvvəl Ərdəbildə həmin etirazlarla bağlı azərbaycanlı fəalların ev və iş yerlərində axtarış aparılmışdır.

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar