SON XƏBƏRLƏR

Germidə partlayış baş verib: 2 ölü, 2 yaralı

2021.10.20, 07:36
Germidə partlayış baş verib: 2 ölü, 2 yaralı

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətinin Germi məntəqəsində bir yaşayış evində məişətdə istifadə edilən təbii qaz balonu partlayıb.

 

Hadisə Germinin Bildaşı kəndində baş verib. Partlayış nəticəsində 2 nəfər ölüb, iki nəfər isə yanıq xəsarətləri alıb.

 

Bu barədə Ərdəbil Əyaləti Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Dr. Məcid Məhəmməd Qəribani martın 4-ü axşam saatlarında jurnalistlərə məlumat verib.

 

“Bu hadisə bir yaşayış evində baş verib. Partlayış nəticəsində bir qadın və bir kişi (bacı və qardaş) həlak olub, 2 nəfər isə xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım əməkdaşları tərəfindən Germinin Vilayət xəstəxanasına çatdırılıb”- deyə o bildirib.

 

Onun sözlərinə görə, hadisənin səbəbi və təfərrüatı  ekspertlər tərəfindən araşdırılır, hələlik bu barədə dəqiq məlumat yoxdur.

 

Qeyd edək ki, Germi şəhəri şimal tərəfindən Ərdəbilin 110 kilometrliyində yerləşir.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar