SON XƏBƏRLƏR

“Azərbaycan pejuhi” mövsümi dərginin birinci sayı nəşr olunub – Güney Azərbaycanda

2021.10.20, 07:36
“Azərbaycan pejuhi” mövsümi dərginin birinci sayı nəşr olunub – Güney Azərbaycanda

Gunaz.tv

GünAz TV: Bir qrup güney azərbaycanlı akademik və araşdırmaçı alimin səyi nəticəsində “Azərbaycan pejuhi” adlı müvsümi dərginin birinci sayı işıq üzü görüb.

 

Azərbaycanın mədəni və ictimai məsələləri ilə əlaqədar fəaliyyət göstərən dərginin imtiyaz sahibi və məsul müdiri Dr. Həmid Sefidgər Şəhanəqi, baş redaktoru isə Dr. Tövhid Məlikzadə Dilməqanidir.

 

Mədəni-ictimai dərginin yazıçı heyətinin adları bundan ibarətdir: Dr. Etibar Bəxşi, Dr. Mənuçehr Behbudi Əsl, Dr. Şəhram Pənahi, Dr. Mehdi Rüstəmzadə, Dr. Məhəmməd Rzayi, Dr. Həmid Sefidgər Şəhanəqi, Dr. Həbib Səmədzadə, Dr. Əli Səyyadani, Dr. Murtaza Məcdfər, Dr. Əlirza Müqəddəm, Dr. Tövhid Məlikzadə Dilməqani və Dr. Yusif Molayi.

 

“Azərbaycan pejuhi” dərgisi 3 aydan bir nəşr olunacaq.

 

Dərgi məsulları elan edib ki, birinci sayını əldə etmək istəyənlər Ticarət bankında  (kartın nömrəsi: 5859 8311 2510 0304) Həmid Səfidgər Şəhanəqinin adına 25 min tümən yatırıb, adres və poçt kodunu kanalın admininə göndərərək yaşadıqları ev və ya iş yerlərində dərgini təhvil ala bilərlər.

Dərgiyə aid kanalınTeleqramdakı adresi: @AzerbaijanResearch

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar