SON XƏBƏRLƏR

“Məhəmməd Müslimipur istisna olmaqla kimsə “Traxtur” komandasından ayrılmayıb”

2021.10.20, 07:36
“Məhəmməd Müslimipur istisna olmaqla kimsə “Traxtur” komandasından ayrılmayıb”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının nəzarətçisi (müdir) Əhəd Şeyxləri son günlərdə Azərbaycan komandasından bir neçə oyunçunun ayrılması ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

 

O bu barədə “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Məsih Zahidi və İman Səlimi “Traxtur”dan ayrılmayıb. Yalnız Məhəmməd Müslimipur komandadan ayrılaraq “Maşınsazi”yə qoşulub. Bu barədə yayılan digər xəbərlər şayiədən başqa heç nə deyil.

Məsih Zahidi bədən xəsarəti alıb, lakin o “Maşınsazi”yə qoşulmayıb.”- deyə komandanın nəzarətçisi bildirib.

 

Əhəd Şeyxləri klubun yoldaşlıq görüşü ilə bağlı planlarına da toxunub. O bildirib ki, növbəti super liqa yarışlarının başlayacağı tarix məlum olmadığı üçün klub hazırlıq işləri ilə əlaqədar müəyyən problemlər yaşayır. Ona görə də konkret proqramımız yoxdur. Buna baxmayaraq baş məşqçi cənab Mustafa Dənizli məsləhət görərsə, yaxın günlərdə bir yoldaşlıq görüşü keçirilə bilər.

 

Qeyd edək ki, idman saytları dünən müdafiəçi Məsih Zahidinin “Traxtur”dan ayrılmasının qətiləşdiyini yazmışdır. Bəzi mətbuat orqanları futbolçunun baş məşqçi Mustafa Dənizli tərəfindən kənarlaşdırıldığını, onun “Maşınsazi” komandasına transfer ediləcəyini qeyd etmişdir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar