İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
GünAz TV: Güney Azərbaycan Televiziyasının qurucu-rəhbəri Əhməd Obalı Güney Azərbaycanda ana dilində təhsil və Azərbaycan türkcəsinin tədrisinə dair dövlətin yeni pilot layihəsi ilə bağlı “Amerikanın səsi”nə müsahibə verib.
Müsahibədə bir çox önəmli məsələlərə toxunulub:
Yeni təhsil ilində Güney Azərbaycanın bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsi tədris ediləcək. Bu haqda Şərqi Azərbaycan vilayətinin təhsil idarəsi açıqlama verib. Dərslərin ilk olaraq Təbrizdə başlanılacağı və daha sonra eksperimental tədrisin digər yerlərdə də tətbiq olunacağı bildirilir. Prezident Həsən Ruhani hər iki seçki kampaniyası zamanı ana dilində təhsil məsələsi ilə bağlı vədlər verib, lakin bu vədlər indiyə qədər yerinə yetirilməyib. Günaz Azərbaycan televiziyasının təsisçisi Əhməd Obalı “Amerikanın Səsi”nin Amerika icmalı proqramında müsahibəsində Güney Azərbaycanda ana dilində təhsil və Azərbaycan türkcəsinin tədrisinə dair yeni pilot layihəsinə reaksiyalar haqda danışıb.
Əhməd Obalı ana dilində tədrisə dair pilot proqramın müsbət hal kimi qəbul edildiyini bildirsə də, Güney Azərbaycanda dil və mədəni hüquqlar uğrunda mübarizə aparan bir sıra fəalların həbsdə olduğunu xatırladıb.
“Təxminən 40 il bundan əvvəl İran İslam Cumhuriyyətinin ana yasası yazılanda xalqların tələbinə görə, həm də 15-ci maddədə ana dilində təhsil azad elan edilmişdi. 40 il üstündən keçsə də hələ 15-ci maddə icra olunmayıb. Əksinə, onun icrasını istəyənləri, o cümlədən Abbas Lisani kimi milli-mədəni fəallarımızı həbsə atırlar. Amma biz 15-ci maddənin icra olunmasının tələbkarıyıq, tərəfdarıyıq. Bu pilot proqramı xəbərdə xoşdur, amma əməldə nə olacağından heç kəsin xəbəri yoxdur“, o bildirib.
Əhməd Obalının sözlərinə görə, layihənin detalları haqda məlumatın olmaması ilə bağlı çox sayda suallar var.
“Elan olunan budur ki, iki məktəbdə həftədə iki gün hər gündə iki saat ana dilində bir məktəbdə 3-cü sinif, o biri məktəbdə 9-cu sinfə guya bu şərait yaranacaq. Amma bu şərait nədir heç o da bəlli deyil. Sual budur: 3-cü sinif həftədə iki saat ana dilmizdə dərs oxuyacaq və ya 3-cü sinfə həftədə iki saat ana dilimiz haqqında dərs verəcəklər? Yəni, bu da fərqlidir. Sonra kitab nədir, kim yazıbdı, kitabın mahiyyəti nədir, orada işlədilən ədəbiyyat nədir? Təbrizin radio və televisiyasında danışılan kimi 60 faizi fars və ərəb lüğətlərindən ibarət olan dil olacaq, yoxsa Azərbaycan türkcəsində olacaq? Heç kəs heç nə bilmir.”
Əhməd Obalı Azərbaycan türkcəsində tədris layihəsinin hazırkı zamanda başlanılmasının əsas səbəbini İran rejiminin qarşılaşdığı beynəlxalq təzyiqlərlə əlaqədar olaraq ölkənin daxilində vəziyyəti nəzarətdə saxlamağa çalışmaq cəhdi ilə əlaqələndirib.
"Və belə görünür ki, bu, bizi sakitləşdirmək üçün və dünyada indi ağır vəziyyətdə qaldığından ötrü heç olmasa içərini, məmləkətin içərisini bir az sakit saxlamağa çalışmaq kimi bir addıma bənzəyir. Ciddi bir addım olsaydı, hər şey bəlli olardı. Heç nə bəlli deyil."
Əhməd Obalı pilot tədris layihəsinin prezident Həsən Ruhaninin ana dilində təhsillə bağlı verdiyi vədlərlə əlaqədar olduğuna inanmadığını bildirib. O, Güney Azərbaycanda məktəbəqədər uşaqların fars dilini mükəmməl bilməsi üçün “yetərlilik testi“ kimi tanınan testin tətbiq edilməsinə xüsusi diqqət çəkib.
“Məncə, dövlət daha çox millət tərəfindən olan basqını, təzyiqi hiss edir. Bir növ azərbaycanlıları sakitləşdirməyə çalışır. Azərbaycanlılar İranın içində 100-ə 40-a yaxın, təxminən 100-ə 40 faizi deyirəm, icma təşkil edirlər. Bu, böyük bir cəmiyyətdir. Əgər onun əksəriyyəti qalxıb haqqını istərsə, dövlət tələf ola bilər. Məncə, sakitləşdirməyə çalışırlar. Heç bir ciddi bir plan yoxdur burada. Əsl ciddi plan dilimizi öldürməyə doğru gedən bir plandır. Yəni uşaqların 1-ci sinifdən fars dilini təkmil bilmələrini tələb etmək. Bu, bizim dilimizi öldürmək deməkdir. Əsl plan ordadır.”
Əhməd Obalı yeni pilot tədris proqramının “əməldə tətbiq olunub-olunmayacağının” yaxın zamanda bilinəcəyini deyib. “Məncə, dövlətin əgər səmimiyyətlə dilimizin azadlığı haqqında addım atması varsa, ona millət xoş baxacaq. Hələlik o görünmür. Əgər aldatmaq istəsə və sakitləşdirmək siyasəti ilə və ya xarici dövlətlər qarşısında daxildən bir basqının azalmasını istəyirsə, bu da müvəqqətidir. Yenə də bəlli olacaq. İran dövlətinin bu addımı bir-iki aya tamamən həyan olacaq. Ona tələsmirik. Biz də arzu edirik ki, dilimiz azad olsun. Amma həftədə iki saatla, bir də iki məktəbdə, üç məktəbdə bu yetməz. Dilimiz bütün millətimiz üçün azad olunmalıdır.”
Müsahibənin Videosunu qaynağımız olan aşağıdakı LİNK-I tıklayaraq dinləyə bilərsiniz:
N.S
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN