SON XƏBƏRLƏR

Hüseyn Salami Amerika və İsraili dildə təhdid edib: “Hər ikinizi vurarıq”

2021.10.20, 07:36
Hüseyn Salami Amerika və İsraili dildə təhdid edib: “Hər ikinizi vurarıq”

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami yenidən Amerika Birləşmiş Ştatları və İsraili dildə təhdid edib.

 

O iddia edib ki, ABŞ və İsrail xəta etsə, İran onları vuracaq.

 

Fevralın 6-da İsrailin Müdafiə naziri Naftali Bennet Amerikanın Müdafiə naziri Mark Esper ilə görüşündə bildirmişdi ki, iki ölkə İrana qarşı görəcəyi işləri bölüşdürüb. Bundan sonra İsrail Suriyada, ABŞ İraqda İrana qarşı mübarizə aparacaq. Salaminin bu sözləri Bennetə cavab hesab edilir.

 

“Sepah” komandanı “Qüds Briqadası”nın öldürülmüş komandanı Qasım Süleymaninin fəaliyyətlərinin hədəfinin “yeni Yaxın Şərq planına qarşı yönəldiyini və bu iki ölkənin məğlubiyyətə düçar olduğunu” iddia edib.

 

“Əgər amerikalılara arxalanmaq istəyirsinizsə, onda dənizə baxın, sizin son mənziliniz oradır”, - deyə Salami İsrailə xitabən əlavə edib.

 

Praktiki addımlarla deyil, ancaq kəskin ifadələrlə yadda qalan Salami bu sözləri ötən il də israillilərə xitabən dilə gətirmişdi.

 

Qeyd etmək lazımdır ki, ötən iki il ərzində İsrail Hərbi Hava Qüvvələri “Sepah”ın Suriyada yerləşən mövqeləri və ona bağlı yaraqlılara qarşı yüzlərlə əməliyyat həyata keçirib. Nəticədə çoxlu sayda “sepahçı” və yaraqlı həlak olub. İran isə bu hücumlara ara-sıra kəskin bəyanatlar verməklə kifayətlənib.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar