Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının müəmmalı ölümü
Çin İran neftindən üz döndərib, İraq neftinə yönəlib
Sənaye sahələrində də qaz kəsintiləri olacaq- Qazizadə
İranda minlərlə tibb bacısı istefa verib
ABŞ İran rəsmilərinin siyahısını İsrailə verdi- Öldürülməsinlər
Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
7 oktyabr terrorunun ildönümüdür
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
Daha üç etirazçının edam hökmü təsdiqləndi
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
İranda daha iki etirazçı edama məhkum edildi
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Zahidanda daha iki mülki şəxs öldürüldü
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
Pezeshkian və Putin görüşəcək
Kiyevin körpüləri dronlara qarşı torla qorunur (Video)
Pakistanlı general Məkkə Müdafiə Alyansının ilk baş katibi təyin edilib
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib
İranda “müxalif” mediaya müsahibəyə görə şallaq cəzası
Monteneqro İran-Türkiyə vətəndaşını ABŞ-a təhvil verdi
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
ABŞ İranla əməkdaşlıq edən ölkələrə xəbərdarlıq etdi
İranda 70 siyasi məhbus edam edilib
İranda yeni neft naziri seçildi
Polis Vərziğanda azərbaycanlı gənci ölürüb?
Təyyarəni ələ keçirmək cəhdinə görə İran məsuliyyət daşıyır- Tramp
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
Hörmüz boğazından xam neft daşımaları bərpa olunur — WSJ
İranda sərhədçilərə silahlı hücum- Ölən və yaralananlar var
ABŞ Ordusu: İranın dəniz blokadasının başlanğıcından 13 gəmi məhv edilib
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb
Əraqçi İranın Azərbaycandakı səfiri ilə Tehran-Bakı münasibətlərinin son vəziyyətini müzakirə edib
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Kirmanda mədən uçdu- Ölənlər var
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Siemens Energy Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
Əsgar Əkbərzadənin Ərdəbil prokurorluğunda istintaq iclası keçirilib
Üç ölkə İran millisi ilə oyunları ləğv edib
Urmiyə gölündə miqrant quşlar duz kristallarına ilişib; xəbərdarlıq (Video)
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi iştirak edib.
QHT nümayəndələri əvvəlcə Şuşanın ən görməli və mənzərəli məkanlarında olan, vaxtilə cıdır yarışlarının, Novruz şənliklərinin keçirildiyi Cıdır düzündə olublar. Sonra şəhərin qonaqları Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə – dahi şairin məzarı üzərində inşa edilib.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat erməni vandalları tərəfindən məhv edilib. Məqbərə yenidən təmir və bərpa edilərək bu ilin avqust ayında istifadəyə verilib.
QHT nümayəndələri Yuxarı Gövhərağa məscidində namaz qılıb, dua ediblər.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağa yeddinci səfəridir. Artıq üçüncü dəfədir ki, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur.
Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsini vətəndaşlarla işləyən insanlara tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.

Agentliyin Müşahidə Şurasının sədr müavini qurumun işğal dövründə öz işinə məsuliyyətlə yanaşdığını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, qaçqınların, məcburi köçkünlərin hüquqlarının müdafiə olunmasında kifayət qədər fəallıq göstərdiyini vurğulayıb: “Ölkəmizdə fəaliyyət göstərən QHT-lər indi də Qarabağda aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etmək istəyirlər.
Onlar həm də qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə olur, vətəndaşlarımızın peşə hazırlığına cəlb edilməsi, həmçinin məşğulluq problemləri ilə yaxından maraqlanırlar. Agentliyimiz müxtəlif qrant müsabiqəli təşkil edir. Bu müsabiqələrdə əsas və aparıcı mövzu işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ilə bağlıdır”.
Vüsal Quliyevin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən QHT-lərin böyük əksəriyyəti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirlər və üzv olduqları platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərirlər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Şuşada olmaqdan qürur duyduqlarını dilə gətirib. Bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudəfərində olduqlarını deyən icraçı direktor belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb.
“Şuşaya səfərimizin 31- Dekabr Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində təşkil edilməsi təsadüfi deyil. Məqsədimiz vətəndaş institutlarının köməyi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfərimiz, Qarabağda quruculuq işləri barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”.
Aygün Əliyeva bildirib ki, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üzrə maarifləndirmə və təbliğat işlərinin aparılmasında QHT-lər xüsusi fəallıq göstərirlər. Belə ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lər Beynəlxalq İnsan Hüquqları Günündə mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı bəyanat yaydılar.
"Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu gün bir sıra QHT nümayəndələri ilə birgə Şuşaya səfər etdik. Zəfər yoluna çıxıb Şuşaya doğru istiqamət götürdümüz andan hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Şəhərə ayaq qoyanda Şuşanın əzəmətini, gözəlliyini görüb göz yaşlarımı saxlaya bilmədim. Bu qüruru, sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürümü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm!”.
Türk Dövlətlər ilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov Şuşada ilk dəfə olduğunu bildirir. Təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkdiyini dilə gətirən QHT nümayəndəsi bu torpaqların müqəddəs olduğunu deyib: “Bu torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb. Şuşaya qalib xalqın, qalib dövlətin vətəndaşı kimi ayaq basmaq qürur verir. Şuşada yaxın qohumlarım şəhid olublar.
Bibimin ailəsi Xocalıda şəhid olub. Ümumilikdə, bizim nəsildən 14 nəfər Vətən üçün şəhidlik zirvəsinə ucalıb. İndi şəhidlərimizin ruhu şaddır. 1992-ci ildə nə qədər şəhid verdik, amma torpaqlarımızı da itirdik. 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyümüzü bərpa etdik”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə səfərin təşkili üçün minnətdarlığını bildirən "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir Azəri bu qəbildən olan səfərlərin təşkilinin əhəmiyyətli olduğunu qeyd edib: “QHT-lər ictimai sektor kimi vətəndaşlarla sıx əlaqədirlər. Əminəm ki, ölkədə fəaliyyət göstərən QHT-lər bu tədbirdən sonra öz işlərində daha fəal olacaq, bu istiqamətdə işlərini zənginləşdirməyə çalışacaqlar.

Təbliğat və maarifləndirmə işini daha fəal quracaqlar. Mən həmkarlarımı bu işdə daha fəal olmağa çağırıram”.
"Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərovanın sözlərinə görə qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada böyük həcmdə işlərin görülməsi təqdirəlayiqdir.
O bildirib ki, görülən işlər dövlətimizin, ölkəmizin gündən-günə artan gücünün göstəricisidir: “Hər birimiz çalışdığımız sahədə üzərimizə düşən işi şərəflə, vicdanla, Vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə yerinə yetirməyə borcludur”. (Azərtac)
Ayxan
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Üç şəhərdə 9 məhbus edam edildi
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)