SON XƏBƏRLƏR

İran-Əfqanıstan sərhəddində silahlı toqquşma

2023.05.15, 14:45
İran-Əfqanıstan sərhəddində silahlı toqquşma

Gunaz.tv

İran mediası silahlı insidentin narkotik qaçaqmalçıları ilə İran sərhədçiləri arasında baş verdiyini iddia edib.

Rəsmi məlumatda atışma zamanı insan tələfatının olmadığı bildirilib.

Qeyd edək ki, son bir ildə İran-Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə bir neçə dəfə sərhəddə ağır texnika və canlı qüvvə toplayıb.

Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun 5 hərbçisini əsir götürmüşdülər.

Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edib.

"Qonşu ölkələrin Əfqanıstan sərhədlərinə müdaxilə etmələrinə dözməyəcəyik"-deyə, nazir bildirib. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar