Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlər dövrünə aid qəbiristanlığı nəzarətə götürüb.