Prezident Azərbaycanın müasir nəqliyyat infrastrukturuna malik olduğunu diqqətə çatdırıb:" Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan üzərindən daşımaların əhəmiyyətli dərəcədə artması ilə əlaqədar biz bu dəhlizlərin imkanlarını artırmaq üçün yetərincə yatırım etmişik."
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Konfransına ev sahibliyi edəcəyini xatırladan prezident Azərbaycanın iqlim dəyişikliyi və qlobal təhlükəsizliklə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu vurğulayıb.