SON XƏBƏRLƏR

Uşaqların Bəsicdə istifadəsi – sarsıdıcı ölümə səbəb oldu

2026.03.30, 22:38
Uşaqların Bəsicdə istifadəsi – sarsıdıcı ölümə səbəb oldu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, 11 yaşlı məktəbli Əlirza Cəfəri Tehranda nəzarət-buraxılış məntəqəsinə edilən pilotsuz uçuş aparatı hücumu zamanı həlak olub.

Uşağın anası Sədəf Monfəred “Həmşəhri” qəzetinə müsahibəsində bildirib ki, Əlirza 1 mart axşamı atası və 9 yaşlı qardaşı ilə birlikdə nəzarət məntəqəsində olub və hücum zamanı atası ilə birlikdə həyatını itirib.

Onun sözlərinə görə, Əlirzanın atası “kadr çatışmazlığı” səbəbindən oğlunu özü ilə aparmağa məcbur qalıb ki, “gələcək günlər üçün hazır olsun”.

Ana həmçinin qeyd edib ki, həyat yoldaşı şəhərdə Bəsic patrullarında 16 və 17 yaşlı yeniyetmələrin də iştirak etdiyini bildirib.

Bu arada, SEPAH-ın mədəniyyət üzrə rəsmisi Rahim Nadali 26 mart tarixində televiziya proqramında “ictimai yardımların təşkil edilməsi” üçün kampaniyanın başladıldığını açıqlayıb və bu kampaniyada 12 yaşdan yuxarı uşaqların da qeydiyyata alındığını deyib.

Uşaqların Bəsic patrullarında və nəzarət məntəqələrində istifadə olunması geniş reaksiyalara səbəb olub.

Beynəlxalq qanunlara əsasən, 15 yaşdan aşağı şəxslərin hərbi münaqişələrdə istifadə edilməsi qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi uşaqların müharibəyə cəlb olunmasını “müharibə cinayəti” kimi qiymətləndirir.

 

Gunaz TV
R.G
 

SEPAH: 12 yaşlı uşaqlar da müharibəyə dəstək fəaliyyətlərinə qoşula bilər

2026.03.26, 14:09

SEPAH: 12 yaşlı uşaqlar da müharibəyə dəstək fəaliyyətlərinə qoşula bilər

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar