Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Pakistanda vəziyyət gərginləşməyə başlayıb. Belə ki, islam dünyasının ən nəhəng dövlətlərindən sayılan Pakistanda siyasi böhranın ilkin əlamətləri ortaya çıxmağa başlayıb. Ən pisi də ondan ibarətdir ki, Pakistan müxtəlif siyasi və dini qruplaşmaların çoxluq təşkil etdiyi dövlətlərdən sayılır. Və bu qruplaşmalar arasındakı münasibətlər əsasən, qarşılıqlı ziddiyyətlərdən ibarətdir. Ona görə də, Pakistanda cərəyan edən ölkədaxili proseslərin təhlükəli istiqamətlər ala biləcəyi qətiyyən istisna olunmur. Bu baxımdan, Pakistanda yaranmış vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla izlənməsi o qədər də təəccüb doğurmur. Onu da qeyd etmək lazımdır ki, Pakistan nüvə dövlətləri klubuna daxildir. Belə ki, bu dövlət raket texnologiyasına sahibdir. Və Pakistanın bir neçə yüz nüvə başlıqlı raketinin olduğu iddia olunur. Rəsmi İslamabad bu iddiaları qətiyyən təkzib etmir. Bu isə, o deməkdir ki, Pakistan nüvə dövləti olmasından öz xarici siyasət kursunda yararlanmaq niyyətini qətiyyən gizlətmir. Maraqlıdır ki, Pakistan hazırda Hindistanla yarımsavaş vəziyyətindədir. Vaxtaşırı bu iki qonşu dövlət arasında silahlı toqquşmalara da təsadüf edilir. Belə ki, Pakistan və Hindistan arasında indiyə qədər bir neçə dəfə hərbi münaqişə baş verib. Sonuncu belə münaqişə isə, cəmisi bir neçə il bundan əvvələ təsadüf edib. Məsələ ondadır ki, Pakistan hazırda Hindistan ərazisi sayılan Kəşmirə iddialıdır. Əslində, Kəşmirin bir hissəsi Pakistan ərazisindədir. Kəşmirin ikinci hissəsinə isə, hələlik Hindistan nəzarət edir. Halbuki Kəşmir əhalisinin mütləq əksəriyyəti müsəlman puştunlardan ibarətdir. Ona görə də, Kəşmirin Hindistan ərazisindəki hissəsinin yerli əhalisi bu bölgənin azadlığı uğrunda mübarizə aparmaqdadırlar. Rəsmi Dehlisə kəşmirlilərin azadlıq mübarizəsini zorakılıqla yatırmağa çalışır. Təbii ki, rəsmi İslamabad Hindistan hökumətinin kəşmirlilərə qarşı qəddar davranışlarına müşahidəçi qalmaq niyyətində olmadığını qətiyyən gizlətmir. Ona görə də, hər dəfə rəsmi Dehlinin amansızlığı dözülməz həddə çatdıqda Pakistan Hindistandan kəşmirlilərə qarşı zorakılığı dayandırmağı tələb edir. Nəticədə bu iki qonşu dövlət arasında qısamüddətli də olsa, müharibə vəziyyətləri yaranır. Pakistan və Hindistan arasında baş vermiş sonuncu qısamüddətli savaş hətta olduqca təhlükəli görüntülər də almışdı. Belə ki, vəziyyət o qədər ciddiləşmişdi ki, hər iki münaqişə tərəfi bir-birinə qarşı nüvə silahından istifadə edə biləcəklərini sezdirirdilər. Münaqişənin ilkin mərhələsində beynəlxalq ictimaiyyət baş verənləri sadəcə, müşahidə etməklə kifayətlənsə də, sonradan daha fəal müdaxilənin vacibliyi ortaya çıxdı. Çünki həmin müdaxilə olunmasaydı, Pakistan və Hindistan nüvə müharibəsini başladan dövlətlər kimi dünya tarixinə düşə bilərdi. Sadəcə, beynəlxalq siyasi iradə mərkəzlərinin gec də olsa, bu hərbi münaqişəyə müdaxilə etməsi Pakistan-Hindistan savaşının nüvə müharibəsinə çevrilməsinin qarşısını almağa imkan verdi. Təbii ki, bütün bunları nəzərə aldıqda, Pakistan kimi nüvə dövlətində siyasi böhranın baş qaldırmasının nə qədər təhlükəli proses olduğunu müəyyənləşdirməyə münbit şərait yaradır. Hər halda, istənilən nüvə dövlətində siyasi və iqtisadi sabitliyin olması böyük önəm daşıyır. Halbuki Pakistanda siyasi sabitliyin pozulması prosesi çoxdan başlayıb. Düzdür, Pakistanın sonuncu prezidenti Pərviz Müşərrəf hakimiyyətə gəlməklə siyasi sabitliyin pozulma təhlükəsini nisbətən aradan qaldıra bilmişdi. Məsələ ondadır ki, Pakistan tarixinin ən nüfuzlu hərbçilərindən olan general Pərviz Müşərrəf vaxtilə ölkənin siyasi xaosa sürüklənməsinin qarşısını almaq məqsədilə hakimiyyəti ələ keçirtmək məcburiyyətində qalmışdı. Və onun hakimiyyətdə olduğu illər ərzində Pakistanda nizam-intizam, siyasi sabitlik nisbətən bərpa olunmuşdu. Ancaq Pakistanda vəziyyətin normallaşmasından narahat olan qüvvələr də kifayət qədərdir. Hər halda, Pakistanın milli maraqlarına sadiq olan general P.Müşərrəfin güzəştsiz siyasi kurs yürütməsi bəzi beynəlxalq siyasi iradə mərkəzlərini narahat etməkdəydi. Ona görə də, həmin siyasi iradə mərkəzləri bütün mümkün vasitələrlə Pakistanda ölkədaxili vəziyyəti gərginləşdirməklə prezident A.Müşərrəfə təzyiq göstərməyə çalışırdılar. Son bir neçə il ərzindəsə, Qərb siyasi dairələri Pakistanı demokratiya və insan hüquqlarına hörmət etməməkdə suçlayırdılar. Halbuki Pakistanda demokratik və şəffaf seçkilərin keçirilməsi artıq ənənə halını alıb. Və bu sahədə elə bir ciddi problem müşahidə edilmir. Hər halda, general P.Müşərrəfin Pakistan seçicilərinin mütləq əksəriyyəti tərəfindən prezident seçilməsi belə düşünməyə tamamilə əsas verir. Eyni zamanda, son vaxtlar prezident P.Müşərrəf Pakistanda siyasi-iqtisadi islahatları da intensivləşdirmişdi. Buna misal kimi, prezident P.Müşərrəfin Pakistan hökumətinə rəhbərlikdən imtina etməsini və şəffaf parlament seçkiləri keçirtməsini göstərmək olar. Çünki indi artıq Pakistanda hökumətin məhz parlament seçkilərində qalib gələn siyasi partiya tərəfindən formalaşdırılması ənənəsi bərpa edilib. Üstəlik, prezident P.Müşərrəf orduya birbaşa rəhbərlik səlahiyyətlərini də təhvil vermişdi. Bu isə, Pakistanın yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verirdi. Ancaq hansısa gözəgörünməz qüvvələr bu inkişafın qarşısını almaq məqsədilə bütün mümkün vasitələrdən yararlandılar. Və Pakistanın tanınmış və nüfuzlu siyasi xadimlərinə qarşı terror aksiyaları törətdilər. Prezident P.Müşərrəf bu prosesin qarşısını almaq üçün əlindəki bütün imkanlardan yararlansa da, onun mübarizəsi müsbət nəticə vermədi. Əksinə, elə vəziyyət yarandı ki, prezident P.Müşərrəfin özünün həyatına ciddi təhlükələr yaranmağa başladı. Xüsusilə də, prezident P.Müşərrəfin partiyasının sonuncu parlament seçkilərində məğlub olmasından sonra Pakistanın dövlət başçısının vəziyyəti daha da ağırlaşmışdı. Hətta ona ən qısa zaman içərisində istefa verməsi təzyiqlər də edilirdi. Nəticədə prezident P.Müşərrəf bütün səylərinə baxmayaraq, bu təzyiqlər qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Və bir neçə gün əvvəl dövlət başçısı postundan rəsmən istefa verməli oldu. Son məlumatlara görə, prezident P.Müşərrəf istefa verməkdən əvvəl Pakistan parlamentindən təhlükəsizliyinə təminat almağa çalışıb. Ona belə təminat verilməsinə baxmayaraq, P.Müşərrəfin narahatlıq keçirtdiyi də bildirilir. Belə ki, bəzi ekspertlər onun bəzi xarici ölkələrdən siyasi sığınacaq almaq barədə düşündüyünü iddia edirlər. Düzdür, P.Müşərrəf hələlik bu iddiaları təsdiqləməyib. Bununla belə, P.Müşərrəfin sığınacaq istəyə biləcəyi dövlətlər sırasında Türkiyənin öndə gəldiyi də vurğulanır. Sadəcə, öz ölkəsi üçün olduqca vacib işlər görmüş bu vicdanlı generalın hansı qərarı qəbul edəcəyi yəqin ki, ən yaxın günlərdə aydınlaşmağa başlayacaq. Elçin XALİDBƏYLİ sherg
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı