SON XƏBƏRLƏR

Benyamin Netanyahu Vaşinqtonda səfərdədir

2025.02.03, 14:20
Benyamin Netanyahu Vaşinqtonda səfərdədir

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edib.

Gunaz.tv

Səfərə başlamazdan əvvəl Netanyahu jurnalistlərə açıqlaması zamanı bildirib ki, iki lider arasında baş tutacaq görüşdə əsas müzakirə Qəzza, məhbuslar və İran ətrafında aparılacaq. Bu, Trampın yanvar ayında Ağ Evə qayıtdıqdan sonra xarici liderlə ilk görüşü olacaq.

Netanyahu yola düşməmişdən əvvəl bildirib ki, "Düşünürəm ki, bu səfər, İsrail-Amerika ittifaqının gücünü bir daha sübut edəcək."

Netanyahu ABŞ paytaxtında İsrailin BMT-dəki səfiri Denni Danon tərəfindən qarşılanıb və o, qarşıdan gələn Tramp-Netanyahu görüşünün “İsrail və ABŞ arasında dərin ittifaqı gücləndirəcəyini” vurğulayıb.

"Mən Vaşinqtonda prezident Trampla görüşmək üçün gələn Netanyahunu qarşılamaqdan çox xoş oldum. Bu, ölkələrimiz arasında dərin müttəfiqliyi dərinləşdirəcək və əməkdaşlığımızı gücləndirəcək mühüm görüşdür"-deyə, Danon bildirib.

Netanyahunun ayın 3-ü ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla, çərşənbə axşamı isə Ağ Evdə Trampla görüşəcəyi gözlənilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar