SON XƏBƏRLƏR

İranda qaz böhranı: Təhsil Nazirliyinin və daha beş dövlət qurumunun qazı kəsildi

2026.11.15, 17:37
İranda qaz böhranı: Təhsil Nazirliyinin və daha beş dövlət qurumunun qazı kəsildi

Gunaz.tv

İranın paytaxtı Tehranda Təhsil Nazirliyinin və daha beş dövlət qurumunun binasına qaz təchizatı dayandırılıb.

Tehran əyalətinin Qaz Şirkətinin baş direktoru Əlirza Əvani bildirib ki, qeyri-iş günü olmasına baxmayaraq, bu qurumların istilik sistemlərinin işlək vəziyyətdə saxlanılması qazın kəsilməsinə səbəb olub.

Soyuq havaların başlaması ilə İranda qaz çatışmazlığı yenidən kəskinləşib. Hökumət qışda qaz istehlakının ən yüksək həddə çatdığı dövrdə ölkənin 11 əyalətində ciddi qaz böhranı yaşana biləcəyi barədə xəbərdarlıq edib.

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət idarələrində temperatur 18 dərəcədə saxlanılmalı, qeyri-iş günlərində isə istilik sistemləri söndürülməlidir.

İran rəsmilərinin məlumatına görə, bu qış ölkədə gündəlik qaz çatışmazlığının 430 milyon kubmetrə çatacağı gözlənilir. 

Bu vəziyyət enerji infrastrukturundakı problemləri və hökumətin qış mövsümündə qaz təchizatını təmin etməkdə üzləşdiyi çətinlikləri bir daha gündəmə gətirir.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar