SON XƏBƏRLƏR

İranda demoqrafik böhran dərinləşir: Tehran əyalətində əhalinin təbii artımı 31 faizdən çox azalıb

2026.11.15, 16:31
İranda demoqrafik böhran dərinləşir: Tehran əyalətində əhalinin təbii artımı 31 faizdən çox azalıb

Gunaz.tv

İranın Tehran əyaləti üzrə rəsmi statistikasına əsasən, cari ilin ilk yeddi ayında doğumların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azalıb, ölüm halları isə 6 faizdən çox artıb.

SEPAH-a bağlı “Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, doğumların sayı 64 min 771-dən 58 min 355-ə düşüb. Eyni dövrdə ölənlərin sayı 37 min 282-dən 39 min 588-ə yüksəlib.

Nəticədə Tehran vilayətində əhalinin təbii artımı 31 faizdən çox geriləyərək təxminən 27 min 500 nəfərdən 19 min nəfərdən aşağı səviyyəyə enib.

“Tasnim” doğumların azalması və ölüm hallarının artmasının səbəbləri sırasında ağır yaşayış xərclərini və mənzil böhranını göstərib. Bu göstəricilər İranda dərinləşən iqtisadi və sosial problemlərin demoqrafik vəziyyətə təsirini bir daha gündəmə gətirir.

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar