SON XƏBƏRLƏR

Bəhreyn İranın təhdidləri qarşısında beynəlxalq müdaxilə tələb edir

2026.11.15, 18:47
Bəhreyn İranın təhdidləri qarşısında beynəlxalq müdaxilə tələb edir

Gunaz.tv

Bəhreyn İrandan gələn hücumları dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Bəhreyn Xarici İşlər Nazirliyi İranın ölkə ərazisinə qarşı hücumlarını kəskin şəkildə pisləyərək, BMT Təhlükəsizlik Şurasını bu hücumların dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Nazirliyin bəyanatında Tehranın hücumlarının Bəhreynin suverenliyini və region ölkələrinin təhlükəsizliyini təhdid etdiyi, beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə zidd olduğu bildirilib.

Bəhreyn özünümüdafiə hüququnu, o cümlədən kollektiv müdafiə mexanizmlərindən istifadə etmək imkanını saxladığını bəyan edib. Manama həmçinin Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə müdafiə sahəsində koordinasiyanı davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü Bəhreyndəki ABŞ hərbi bazasının radar sisteminə dronlarla zərbə endirdiyini iddia edib. Bəhreyn rəsmiləri isə mümkün təhlükə ilə əlaqədar əhaliyə sığınacaqlara getmək barədə xəbərdarlıq ediblər.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar