SON XƏBƏRLƏR

İraqın baş naziri İrana bağlı qruplaşmanın neft qaçaqmalçılığı işi üzrə 9 vəzifəli şəxsi vəzifədən azad edib

2026.11.15, 11:30
İraqın baş naziri İrana bağlı qruplaşmanın neft qaçaqmalçılığı işi üzrə 9 vəzifəli şəxsi vəzifədən azad edib

Gunaz.tv

İraqın baş naziri Əli əl-Zeydi, İrana bağlı “Kətaib Hizbullah” qruplaşmasının nəzarətində olan Babil vilayətinin Cərf əs-Səxr bölgəsində neft qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalardan sonra 9 dövlət rəsmisinin vəzifədən azad edilməsi barədə göstəriş verib.

Araşdırmalar zamanı beş il ərzində toplanmış məlumatlar və peyk görüntüləri əsasında neft daşıyan yük maşınlarının üç marşrutla Bağdad və Əl-Ənbər vilayətinə hərəkət etdiyi müəyyən edilib. Hesabatda İraqın Neft Nazirliyinə məxsus yük maşınlarının da qaçaqmalçılıq əməliyyatlarında iştirak etdiyi bildirilib.

Vəzifədən azad edilənlər arasında Babil vilayətinin polis rəisi, təhlükəsizlik və kəşfiyyat qurumlarının rəhbərləri, Haşdi-Şabinin vilayət üzrə komandiri və Neft Nazirliyinin boru xətləri idarəsinin rəisi də var.

Əli əl-Zeydi bütün şübhəlilərin məhkəmə orqanlarına təhvil verilməsi və onlar barəsində hüquqi tədbirlərin görülməsi barədə göstəriş verib. O, açıqlamasında İraqda neft qaçaqmalçılığının geniş yayıldığını vurğulayıb.


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar