SON XƏBƏRLƏR

Tramp: Amerikanın İsraillə birgə İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir

2025.02.05, 16:01
Tramp: Amerikanın  İsraillə birgə İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir

"Amerikanın İsraillə əməkdaşlıq edərək İranı məhv etmək niyyətində olduğu barədə xəbərlər çox şişirdilib".

Gunaz.tv

GünAzTV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm. Amerikanın İsraillə birgə fəaliyyət göstərərək İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir. Mən İranın sülh yolu ilə böyüməsinə və çiçəklənməsinə imkan verəcək Təsdiqlənmiş Nüvə Sülh Sazişinə üstünlük verərdim. Biz dərhal bunun üzərində işə başlamalıyıq və imzalanandan və tamamlandıqdan sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik. Tanrı Yaxın Şərqi qorusun!”, - o əlavə edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar