SON XƏBƏRLƏR

İranın birinci vitse-prezidenti: Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər

2025.02.06, 12:28
İranın birinci vitse-prezidenti: Trampla Pezeşkian qeyri-rəsmi görüşə bilər

Amerika Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşü İslam Respublikası hökumətinin gündəliyində yoxdur.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu İranın birnci vitse-prezidenti Məhəmmədrza Arif Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə jurnalistlərə açıqlamasında bildirib.

O, Donald Trampla Məsud Pezeşkian arasında görüş ehtimalı ilə bağlı bunları deyib:

“Hazırda İran İslam Respublikasının gündəmində belə bir məsələ yoxdur. Ancaq iki şəxs arasında görüş baş tuta bilər”.

Bu günlərdə Donald Tramp Məsud Pezeşkianla görüşə hazır olduğunu bildirmişdi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar