SON XƏBƏRLƏR

“Çox böyük irəliləyiş əldə etmişik” - “Düşünürəm ki, nəsə alınacaq”

2025.02.11, 14:34
“Çox böyük irəliləyiş əldə etmişik” - “Düşünürəm ki, nəsə alınacaq”

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Ukrayna müharibəsinin başa çatdırılması üçün aparılan danışıqların uğurla getdiyini bəyan edib.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadən xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ-nin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlarda “böyük irəliləyiş” əldə etdiyini deyib.

Aparıcı prezidentdən hər iki tərəfi danışıqlar masasına necə oturtmağı planlaşdırdığını soruşub. Tramp cavabında deyib: “Düşünürəm ki, bu baş verəcək. Düşünürəm ki, biz çox böyük irəliləyiş əldə etmişik. Ruslarla iş görürük. Biz ukraynalılarla da iş görürük. Düşünürəm ki, nəsə alınacaq. Mən ümid edirəm”.

Xatırladaq ki, Tramp fevralın 9-da Vladimir Putinlə telefonla danışdığını deyib. Sonuncunun mətbuat katibi Dmitri Peskov bunu təsdiq və ya təkzib etməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, Kiyev və Vaşinqton nümayəndələri onun Trampla görüşünü təşkil etmək üçün çalışırlar. O, bir gün əvvəl Amerika Prezidentinin komandasından olan “ciddi adamların” bu həftə Ukraynaya səfər edəcəyini də deyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar