SON XƏBƏRLƏR

Əli Xamenei müdafiə sektorunun daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib

2025.02.12, 15:20
Əli Xamenei müdafiə sektorunun daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib

İranın lideri Əli Xamenei çərşənbə günü, Tehranın hərbi tərəqqi, o cümlədən raketlərinin dəqiqliyinin inkişaf etdirilməsinin dayandırılmamalı olduğunu deyib.

Gunaz.tv

“Tərəqqi bütün hərbi sektorlarda davam etməlidir. Məsələn, əgər bir vaxtlar raketlərimizin dəqiqliyi üçün müəyyən limit var idisə və bu gün onu artırmaq lazımdırsa, bunu etməliyik.” - Xamenei müdafiə nazirliyi rəsmiləri ilə görüşündə deyib.

Xatırladaq ki, İran rəsmiləri Donald Trampın hakimiyyətə gəlişinin ilk günlərində Amerika ilə danışıqlara hazır olduqlarını bildirsələr də, indi onlar bu yanaşmadan kənar, təhdidkar dil ilə danışmağa başlayıblar.

İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Trampın İranı diz çökdürmək istəməkdə ittiham edib.

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp Fevralın 4-də İrana qarşı yeni sanksiyalar layihəsi hazırlamağı tapşıran sərəncam imzalayıb və İranla danışıqlara ümüd etdiyini bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar