SON XƏBƏRLƏR

Tramp və Zelenski arasında telefon danışığı olub

2025.02.13, 11:36
Tramp və Zelenski arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. O, söhbətin uzun sürdüyünü və əsasən sülh imkanlarının müzakirə edildiyini bildirib.

Gunaz.tv

Zelenskinin sözlərinə görə, tərəflər komandalarının birgə işləməyə hazır olduğunu, eləcə də Ukraynanın texnoloji imkanlarını – o cümlədən dronlar və digər müasir istehsalat sahələrini müzakirə ediblər. O, Trampa Ukrayna ilə əməkdaşlığa göstərdiyi marağa görə təşəkkür edib.

Söhbət zamanı Zelenski, Skott Bessent ilə apardığı danışıqları və təhlükəsizlik, iqtisadi və resurs əməkdaşlığına dair yeni razılaşmanın hazırlanmasını da müzakirə edib. Tramp, öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin ilə söhbətinin detalları barədə Zelenskiyə məlumat verib.

Zelenski vurğulayıb ki, Ukrayna sülhü hər kəsdən çox istəyir və ABŞ-la birlikdə Rusiyanın aqressiyasını dayandırmaq, uzunmüddətli və etibarlı sülhü təmin etmək üçün ortaq addımları müəyyən edirlər.

Zelenski Trampın ona Putinlə keçirdiyi telefon danışığının detallarını açıqladığını bildirib. Lakin bu detalların konkret nə olduğu barədə dəqiq məlumat verməyib.  Zelenski vurğulayıb ki, ABŞ və müttəfiqləri birlikdə Rusiyanı və Putini sülhə məcbur edə bilər. O, Trampın da bu yöndə aktiv rol oynamağa hazır olduğunu qeyd edib.

Tərəflər gələcək təmaslar və görüşlər barədə razılığa gəliblər. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar