SON XƏBƏRLƏR

Zelenski Trampla müzakirələrin təfərrüatlarını açıqlayıb

2025.02.13, 13:35
Zelenski Trampla müzakirələrin təfərrüatlarını açıqlayıb

“Mənim Donald Trampa əhatəli söhbətim oldu. Sülhün əldə olunmasından, eləcə də birgə fəaliyyətə hazır olmağımızdan və pilotsuz uçuş aparatları və digər müasir texnologiyalar da daxil olmaqla, Ukraynanın texniki imkanlarından danışdıq. Mən Prezident Donald Trampa göstərdiyi marağa görə təşəkkür edirəm”.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, Amerikanın maliyyə naziri Skott Bessent ilə apardığı müzakirələri, habelə iqtisadi əməkdaşlığa dair məsələləri də müzakirə edib:

“Donald Tramp da Putinlə söhbətlərinin təfərrüatlarını mənimlə bölüşdü. Ukrayna qədər heç kim sülh istəyə bilməz. Amerika ilə Rusiyanın aqressiyasını dayandırmaq, habelə dayanıqlı və etibarlı sülhün təminatı üçün ilə birlikdə növbəti addımların atılmasına başlayırıq. Biz eyni zamanda gələcəkdə də təmasları davam etdirmək və qarşıdakı görüşlərimizi planlaşdırmaq barədə razılığa gəldik”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar