SON XƏBƏRLƏR

Tramp fevralın sonunadək Putinlə görüşəcəyini güman edir

2025.02.19, 11:45
Tramp fevralın sonunadək Putinlə görüşəcəyini güman edir

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edir.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib. Bu, Trampın Florida ştatının Vest-Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ Prezidentindən Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözləyib-gözləmədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,” - Tramp cavab verib.

O, məsələ ilə bağlı əlavə şərh verməyib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar