SON XƏBƏRLƏR

Brayza: Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var

2025.02.20, 15:58
Brayza: Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var

Amerika Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

Brayza Azərbaycanla Ermənistanın sülh razılaşmasına yaxın olduqlarını qeyd edib.

“Biz bilirik ki, hər iki tərəf razılığa yaxındır, lakin Paşinyanın ciddi siyasi müqaviməti var. Ümid edirəm ki, Tramp öz töhfəsini vermək istəyir”, - politoloq vurğulayıb.

Metyu Brayzanın sözlərinə görə, Tramp hələ ki Vaşinqtonda öz hakimiyyətini gücləndirməyə və Ukrayna ilə Rusiya arasında sülhə diqqət yetirir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar