SON XƏBƏRLƏR

Amerika xarici ölkələrə 60 milyardlıq yardımı dayandırır

2025.02.27, 14:10
Amerika xarici ölkələrə 60 milyardlıq yardımı dayandırır

Amerika Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinə (USAID) verilən xarici qrantların 90 faizdən çoxunu ləğv edib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.

Ümumilikdə Tramp administrasiyası USAID-in 6200 çoxillik müqaviləsindən 5800-nü ləğv edəcəyini, bunla xərclərin 54 milyard dollar azalacağını bildirib. Həmçinin Dövlət Departamentinin 9100 qrant layihəsindən 4100-ü ləğv ediləcək ki, bu da 4,4 milyard dollar azalma deməkdir.

Bunlardan əlavə, Amerika xarici ölkələrə 60 milyard dollarlıq yardımı kəsməyi planlaşdırır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar