Fevralın 28-də Vaşinqtonda - Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında keçirilən görüşdə tərəflər arasında mübahisə düşüb.
Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Fevralın 28-də Vaşinqtonda - Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında keçirilən görüşdə tərəflər arasında mübahisə düşüb.
GünazTV xəbər verir ki, danışıqların mətbuata açıq hissəsi sakit başlayıb. Daha sonra mübahisə Vitse-prezident Ceyms Devid Vensin "sülhə gedən yol bəlkə də diplomatiyadan başlamalıdır" şərhindən sonra başladı:
Vens: Mən buna (jurnalistin sualın) cavab vermək istəyirəm. Baxın, ABŞ-nin dörd il müddətində mətbuat konfransında Putin haqqında sərt danışan prezidenti var idi. Daha sonra isə Putin Ukraynanı işğal etdi və ölkənin böyük hissəsini dağıtdı. Sülhə və firavanlığa yol ola bilsin ki, diplomatiyada iştirakdır. Biz Co Baydenin yolunu yoxladıq, sinəmizə vuraraq özümüzü elə apardıq ki, ABŞ prezidentinin sözləri onun əməllərindən daha vacibdir. ABŞ-ı yaxşı ölkə edən onun diplomatiyada iştirakıdır və Prezident Tramp da bunu edir.
Zelenski: Mən cavab verə bilərəmmi?
Vens: Əlbəttə.
Zelenski: Hə?
Vens: Bəli
Zelenski: (Vensə baxaraq danışır) O, (Vladimir Putin) 2014-də bizim böyük hissəmizi, Ukraynanın böyük hissəsini, Şərqini, Krımı işğal etdi. Uzun illər ərzində - mən, sadəcə, Bayden haqqında danışmıram – həmin müddətdə Prezident Obama, daha sonra Prezident Tramp, daha sonra Prezident Bayden indi isə yenə Prezident Tramp – allaha şükür ki, indi Tramp onu (Putini) dayandıracaq - Lakin 2014-cü ildən bəri heç kim onu dayandırmadı. O, sadəcə işğal etdi və ələ keçirdi. Bilirsiniz təmas xəttində nə ..
Tramp: 2015-ci il?
Zelenksi: 2014
Tramp: 2014. Onda mən burada (Ağ evdə) deyildim.
Zelenski: Bəli, lakin 2014-cü ildən 2022-ci ilədək vəziyyət eyni qaldı. Təmas xəttində insanlar öldülər. Heç kim onu dayandırmadı. Bilirsinizmi ki, bizim onunla danışıqlarımız var idi. Çox danışıqlarımız var idi. İkitərəfli danışıqlar. Mən 2019-cu ildə yeni prezident olaraq Merkel və Makronla birlikdə atəşkəs imzaladım. Atəşkəs! Biz onunla qaz sazişi imzaladıq. Lakin bundan sonra o, atəşkəsi pozdu, o, bizim insanlarımızı öldürdü, o, əsirləri mübadilə etmədi. Biz əsirlərin mübadiləsi barədə sənəd imzaladıq. Lakin o, bunu etmədi. Vens, siz nə cür bir diplomatiyadan danışırsınız? Siz nə demək istəyirsiniz?
Vens: Mən o cür bir diplomatiyadan danışıram ki, o sizin ölkənizin dağıdılmasına son verəcək.
Zelenski: Bəli, lakin ...
Vens: Cənab prezident ! Cənab prezident! Düşünürəm ki, sizin oval ofisə gəlib bunu Amerika mediasının qarşısında mühakimə etməyiniz hörmətsizlikdir. Sizlər indi ətrafda gəzərək çağırışçıları cəbhəyə məcbur edirsiniz, çünki sizin hərbçi çatışmazlığınız var. Siz ABŞ prezidentinə bu münaqişəni sona çatdırmağa çalışdığına görə mütəşəkkir olmalısınız.
Zelenski: Siz nə vaxtsa Ukraynada olmusunuzmu ki, bizim hansı problemlərimizin olduğundan danışırsınız?
Vens: Mən olmuşam ki... Düzü, mən hekayələrə baxmışam və izləmişəm, nə baş verdiyini bilirəm. Siz razı deyilsinizmi ki, insanları orduya cəlb etməkdə problemləriniz var?
Zelenski: Mən cavab verəcəyəm...
Vens: Oval ofisə gələrək sizin ölkənizin dağılmasının qarşısını almağa çalışan administrasiyaya hücum etməyiniz hörmətsizlikdir.
Zelenski: Çox sual verdiniz. Gəlin, lap əvvəldən başlayaq.
Vens: Əlbəttə.
Zelenski: Zelenski: Birincisi, müharibə dövründə hər kəsin problemləri olur. Hətta, sizin də. Lakin sizin yaxşı okeanınız var. Siz hələ hiss etmirsiniz, lakin bunu gələcəkdə hiss edəcəksiniz. Allah qorusun…
Tramp: Siz bunu bilə bilməsziniz (səsini qaldıraraq). Bizə gələcəkdə nə hiss edəcəyimizi deməyin. Biz problemi həll etməyə çalışırıq. Bizə nə hiss edəcəyimizi deməyin.
Zelenski: Mən onun suallarına (Vensin) cavab verirəm.
Tramp: Bizə diktə edəcək mövqedə deyilsiniz (Zelenskiyə işarət edərək). Siz, bizə nə hiss edəcəyimizi diqtə edəcək mövqedə deyilsiniz. Biz özümüzü çox yaxşı hiss edəcəyik.
Zelenski: Mən sizin (müharibənin) təsirini hiss edəcəyinizi deyirəm
Tramp: Biz çox yaxşı, çox güclü hiss edəcəyik.
Zelenski: Mən sizin təsiri hiss edəcəyinizi deyirəm
Tramp: Siz haqlısınız, siz indi yaxşı mövqedə deyilsiniz. Siz özünüzün çox pis mövqeyə düşməyinizə imkan vermisiniz. Mövqeyiniz yaxşı deyil. Sizin hazırda kartlarınız yoxdur.
Zelenski: Mən kart oynamıram.
Tramp: Siz kart oynayırsınız. Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz 3-cü dünya müharibəsi ilə qumar oynayırsınız və etdiyiniz bu ölkəyə çox hörmətsizlikdir.
Zelenski: mən hörmət edirəm
Vens: Siz bir dəfə də olsun təşəkkür etmisinizmi?
Zelenski: Bir çox dəfə.
Vens: Siz Pensilvaniyaya getdiniz və oktyabrda müxalifət üçün kampaniyada iştirak etdiniz. Sizin ölkənizi qorumağa çalışan ABŞ-yə və onun prezidentinə təşəkkürlərinizi çatdırmalısınız.
Zelenski: (Vensə baxaraq) Xahiş edirəm, əgər düşünürsünüsə ki, müharibə haqqında ucadan danışaraq…
Tramp: o ucadan danışmır (qışqıraraq). Sizin ölkəniz çox çətin vəziyyətdədir.
Zelenski: Olarmı cavab verim?
Tramp: Yox, Yox, siz çox danışdınız. Sizin ölkəniz çox çətin vəziyyətdədir.
Zelenski: Mən bilirəm.
Tramp: Siz qalib gəlmirsiniz, siz bunda qalib gələ bilmirsiniz. Sizin bunda yaxşı olmağınız üçün, bizsiz lənətə gəlmiş şansınız yoxdur.
Zelenski: Cənab prezident, biz öz ölkəmizdə qalırıq. Güclü dayanırıq, müharibənin lap əvvəlindən biz tək olmuşuq və biz minnətdarıq. Mən bu kabinetə də təşəkkür etdim, yalnız bu kabinetə də yox...
Tramp: Biz bu axmaq prezident (Bayden) vasitəsilə sizə 350 milyard verdik, biz sizə hərbi ləvazimat verdik. Sizin kişiləriniz cəsurdur, lakin onlar bizim hərbi vasitələrimizdən istifadə edirlər.
Zelenski: Bəs mənə qarşı hörmət necə? Siz məni ona görə dəvət etdiniz ki...
Tramp: Sizdə bizim hərbi vasitələrimiz olmasaydı, bu müharibə iki həftəyə bitərdi.
Zelenski: “3 gün” – mən bunu daha əvvəl Putindən eşitmişdim, “3 gün”.
Tramp: Bəlkə də daha az.
Zelenski: “İki həftə” - bunu yeni eşidirəm.
Tramp: Bu formada iş görmək çox çətin olacaq, bunu sizə deyə bilərəm.
Vens: Siz çox sağolun dedinizmi?
Zelenski: Mən Amerika xalqına bir çox dəfə sağ ol demişəm.
Vens: Haqsız olduğunuz halda, Amerika mediasının qarşısında bu mübahisəni etməkdənsə...Razılaşmadığımız məqamlar olduğunu qəbul edək. Biz bilirik ki, siz haqsızsınız.
Tramp: Düşünürəm ki Amerika xalqının nə baş verdiyini görməsi yaxşıdır. Bu çox vacibdir, ona görə də bunun (mübahisənin) bu qədər uzun davam etməsinə icazə verdim. Siz minnətdar olmalısınız. Sizin kartlarınız yoxdur. Sizin insanlarınız ölür, əsgərləriniz azalır. Ondan sonra heç də yaxşı olmayacaq. Amma siz gəlib bizə deyirsiniz “mən atəşkəs istəmirəm, davam etmək istəyirəm”. Əgər atəşkəs istəyirsinizsə indi bu var, onu götür, güllələrin uçuşması dayansın.
Zelenski: Əlbəttə biz müharibəni dayandırmaq istəyirik.
Tramp: Amma sən deyirsən atəşkəs istəmirsən.
Zelenski: Əlbəttə, biz atəşkəs istəyirik, ancaq zəmanətlərlə.
Tramp: Mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən.
Zelenski: Atəşkəslə bağlı bizim insanlarımızdan soruşun, görün, onlar nə düşünürlər? Onların nə düşünməsinin sizin üçün mənası yoxdurmu?
Tramp: Bu, mən (hakimiyyətdə) olanda baş vermədi. Bu Bayden adlı ağıllı olmayan birinin dövründə oldu.
Zelenski: Lakin o sizin prezidentiniz idi.
Tramp: Bağışlayın, bu Obama olanda baş verdi. O, sizə yorğan (O, Obamanın 600 milyon dollarlıq qeyri-öldürücü yardımına, xüsusən də yorğanlara, nəqliyyat vasitələri, gecəgörmə eynəkləri, bədən zirehləri və təlimlərə toxundu.) verirdi, mən isə “Javelin”lər verdim. Mən sizə o tankları məhv etmək üçün “Javelin”lər verdim. Bəyanat budur ki – “Obama yorğan verdi, Tramp “Javelin”lər”. Sən daha çox minnətdar olmalısan. Çünki sizin şansınız yoxdur. Bizimlə sizin şansınız var. Lakin bizsiz sizin heç bir şansınız yoxdur.
Jurnalist: Bəs Rusiya atəşkəsi pozsa, necə ?
Tramp: Bəs əgər elə indi sənin başına bomba düşsə, necə? Bəs əgər onlar atəşkəsi pozsalar, necə? Bilmirəm. Onlar bunu Baydenin vaxtında pozdular. Onlar Baydenə hörmət etmirlər, onlar Obamaya hörmət etmirlər. Onlar mənə hörmət edirlər…
Ş.E
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
47 iranlı İsrailə köçdü
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
İranlı qadın müğənniyə həbs cəzası verildi
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İki şəhərdə üç məhbus edam edildi