Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Qeyd edək ki, xalça sənətin özündə ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovlu və evdə toxunan xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhur olub. Tədqiqatlar göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi VI-VII əsrlərdə yüksək keyfiyyətli xalça istehsalına görə mərkəz olub. Orta əsrlərdən başlayaraq Azərbaycan xalçaları bütün dünyada ticarət vasitəsi rolunu oynayıb. Ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri mövcud olub. Orta əsrlərdə Azərbaycan Avropa və Şərq arasında başlıca tranzit yolu rolunu oynadığından, xalçalar dünya bazarına çox asanlıqla çıxarılırdı və burada qərbli tacirlərin diqqətini cəlb edirdi. Ölkəyə səfər edən əcnəbi dəllallar, səyahətçilər, müxtəlif ölkələrdən olan səfirlər bu xalçaları həm əmtəə kimi, həm də hədiyyə kimi alırdı. Bunun nəticəsində XV əsrin ikinci yarısında xalçaçılıq Azərbaycanda elə inkişaf etdi ki, onların toxunuşunda gümüş və qızıl saplardan istifadə etməyə başladılar. Lətif Hüseynov adına Xalçaçılıq və Xalq Tətbiqi Muzeyinin rəhbəri Röya Tağıyeva deyir ki, Azərbaycanda toxunan xalçaların 4 növü var və onlar öz adlarını toxunduqları ərazinin adından götürüblər: «Bizim xalçalarımız əsasən Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça məktəbləri ilə tanınır. Bu xalçaların biri digərindən mənşəyinə və məxsus olduqları ərazinin ornamentinə görə fərqlənirlər. Bu gün Azərbaycanın müxtəlif regionlarında xalça toxuculuğu canlı sənət əsəri kimi hələ də yaşayır. Texnologiya və sənətkarlıq dizaynına görə Azərbaycan xalçalarını iki qrupa bölmək olar - evdə toxunan xalçalar və xovlu xalçalar. Xovlu xalçalar qrupuna palaz, kilim, sumax, zili, şəddə və vemi daxildir. Palaz və kilim sadə formada toxunur, lakin sumax, zili, şəddə və vemi qarışıq formada toxunur. Azərbaycanın hər bir bölgəsi özünün xalça və xalça toxuculuğu ilə məşhurdur. Palaz, cejim, şəddə, kilim, zili, varni və başqaları evdə toxunan xalçalar qrupuna aid edilir. Bundan başqa, hələ qədim dövrlərdən Azərbaycanda evdə toxunan xalçaların əksəriyyəti gündəlik məişətdə istifadə olunan bir ləvazimat kimi də geniş yayılıb. Bu sıraya xurcun, məfrəş, çulu və s. aid etmək olar». Xalçaçılıq nəsildən-nəslə ötürülən qadın biznesi idi Tarixi mənbələrə görə, xalça ticarəti Azərbaycan əhalisi üçün əla gəlir mənbəyi olub. Eyni zamanda bu, mənfəət əldə etmək istəyən evdar xanımlarımız üçün də gözəl peşə seçimi vasitəsi idi. Belə ki, onlar xalçaçılığı ev işi ilə uyğunlaşdıraraq pul qazanmaq imkanı əldə edirdilər. Bu da sübut edir ki, hələ qədim dövrlərdə xalça toxuculuğu Azərbaycanda nəsildən-nəslə ötürülən qadın biznesi olub. Müxtəlif kompozisiyalar, ornamentlər və sənətkarlıq üsulları xalçaçı qadınlara çox yaxşı məlum idi. R.Tağıyeva deyir ki, qədim dövrlərdə Qarabağda, Bərdədə və sonralar Şuşada elə bir qadın yox idi ki, xalça toxuya bilməsin: «Qızların cehizlərinin əsas elementini «Dəstxalı-gəbə» adlanan, 3-4 xalçadan ibarət olan xalçalar təşkil edirdi. Qız gəlin gedərkən ilk növbədə bu gəbələrdən birini əlinə götürməli idi. Maraqlı məqamlardan biri də o idi ki, qıza elçi gələndə oğlan evi onun xalça toxumağı bacarıb-bacarmadığını soruşardı». Azərbaycanda xalça toxuculuğu XVI əsrdə Şah İsmayıl Xətai parçalanmış Azərbaycanı vahid dövlət halında birləşdirdikdən sonra daha da inkişaf etdi. Bu dövrdə Təbriz, Ərdəbil, Bakı, Gəncə və Bərdə xalçaçılığın mərkəzinə çevrilmişdi. Burda toxunan xalçalar hazırda Rusiya, Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarının məşhur muzeylərini bəzəyir. Bəzən deyirlər ki, Azərbaycan böyük dövlətlərin işğalçı siyasətinə məruz qaldığı zaman həmin ölkələrin hökmdarları ən bacarıqlı xalça ustalarını və xalçaları öz ölkələrinə aparmağı əmr ediblər. Elə xalçalarımız da məhz bu yolla xarici ölkə muzeylərinə düşüb. R.Tağıyeva isə deyir ki, bu səhv informasiyadır: «Azərbaycan xalçaları xarici ölkələrə ticarət vasitəsilə aparılıb. Hazırda dünyanın müxtəlif muzeylərində müxtəlif növlü Azərbaycan xalçaları saxlanılır. Məsələn, qadınlarımız tərəfindən toxunan dəbdəbəli xalçalar indi dünyanın ən böyük muzeylərində, Sankt-Peterburqun Hermitaj, Londonun Viktoriya və Albert, Vaşinqtonun Tekstil, Parisin Luvr, İstanbulun Topqapı və başqa muzeylərdə saxlanılır». «Şeyx Səfi» xalçası və Viktoriya-Albert muzeyi Məşhurluğu və gözəlliyi ilə fərqlənən Azərbaycan xalçalarından biri də «Şeyx-Səfi» xalçasıdır. Hazırda isə bu gözəl sənət əsəri İngiltərənin məşhur Viktoriya-Albert muzeyində saxlanılır. Röya xanım deyir ki, o, ötən il bu muzeydə olarkən orta əsrlərdə Azərbaycanda toxunan «Şeyx-Səfi» xalçası ilə qarşılaşıb: «Orada başqa gözəl Azərbaycan xalçaları da nümayiş etdirilirdi. 131 xalçanın 12-si XVIII əsrə aiddir, qalanları isə XIX əsrə məxsusdur. Ekspertlər bu xalçaları texnoloji və dekorotiv xüsusiyyətlərinə görə 2 qrupa ayırırlar. Birinci qrup XVIII əsrə, ikinci qrup isə XVI-XVII əsrlərə aiddir. Muzeydə olan Azərbaycan xalçalarının əksəriyyətini ingilis dəllalları gətirib. Qalereyanın lap mərkəzində böyük və gözəl «Şeyx Səfi» xalçası asılıb. Bu qiymətli və əfsanəvi xalça hər yarım saatdan bir işıqlandırılır. Xalçanın təsvirləri müxtəlif güllərdən ibarətdir. Xalçanın künclərində qönçələrdən ibarət mozaikalar var. Hər tərəfi qırmızı, sarı, yaşıl güllərlə bəzədilib. Rənglər xalçada elə ustalıqla yerləşdirilib ki, bir-birinin ardınca düzülən qönçələr günəş şuasını xatırladır. Xalçanın yuxarı və aşağı hissələrində mürəkkəb naxışlarla bəzədilən şamdan təsviri var. Xalçada olan ornamentlər onun mənasını açmağa kömək edir. Beləliklə də bu nəhəng sənət əsərinin İslam dininin bir qolu olan sufizmə aid olduğunu aşkar etmək olur». Xalçalarımız avropalı rəssamların əsərlərində XVI-XVII əsrlərdə yaşayan məşhur rəssamlar da öz əsərlərində Azərbaycan xalçalarını təsvir ediblər. Məsələn, bizim xalçalarımız Venetsiya taciri və tədqiqatçısı Mrako Polonu heyran etmişdi. XVI əsrin İngiltərə səyahətçisi Antoni Cenkilisin və XVII əsr alman dəniz səyyahı Can Strusun qeydlər jurnalında xalçalarımız haqqında maraqlı məlumatlar verilir. Macar rəssamı Hans Memlinq öz rəsm əsəri olan «Məryəm və onun uşağı», alman rəssamı Hans Holbeyn «Səfirlər» rəsmində Muğan və Qazax-Qarabağ xalçalarını təsvir ediblər. Azərbaycan xalçaları hazırda dünya tarixçiləri və incəsənət alimlərinin tədqiqat vasitəsinə çevrilib. Amerikanın 19 muzeyində, 10-dan çox qalereyasında və 40-dan yuxarı kolleksiyasında müxtəlif növlü Azərbaycan xalçaları saxlanılır və nümayiş etdirilir. Amerika sənətkarları da xalçalarımız üzərində tədqiqat işləri aparırlar. Çarlz Qrant Ellis tərəfindən yazılan və Tekstil muzeyinin 50 illik yubileyinə həsr edilən «Qədim Qafqaz xalçaları» kitabı tədqiqat baxımından böyük əhəmiyyət kəsb edir. Ellisin məşhur tədqiqatı olan «Əjdahalı xalça» bölməsində alim qeyd edir ki, əjdaha təsviri Qarabağ xalça toxuculuğuna aiddir. Həmin xalçanın üzərində eyni zamanda heyvan təsviri də var. Bir çox əfsanələrdə qədim günəş təqvimi sistemində və erkən inamlarda əjdaha təsviri Azərbaycanda mühüm rol oynayb. R.Tağıyevanın sözlərinə görə, Qarabağ xalçalarının bu növü Berlin İncəsənət Muzeyində saxlanılır: «Çox ustalıqla toxunmuş xalçada Şərqin əfsanəvi quşu olan Səməndər quşu əjdaha ilə döyüşür. Tanınmış tədqiqatçı Artur Pop XVI əsrə aid olan Qarabağ xalçaları üzərindəki bu təsviri incəsənətin inkişafı kimi xarakterizə edir. Qarabağda toxunan və bütün dünyada «Qarabağ xalçaları» adı ilə tanınan xalçalar əsl sənət nümunələridir. Nyu-Yorkun məşhur Metropolitan muzeyində XVII-XIX əsrə aid olan Bərdə xalçaları qorunub saxlanılır». Azərbaycan xalçalarının bütün dünya muzeylərini bəzəməsinə baxmayaraq, onlar çox zaman «Qafqaz» və ya «İran» xalçaları adı altında təqdim olunur. Lakin Xalça Muzeyinin direktoru deyir ki, xarici tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində onların yalnız Azərbaycana məxsus olması aşkar edilib: «Biz həmin muzeylərə və beynəlxalq təşkilatlara müraciət etmişik ki, bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilsin. Lakin bu günə qədər də heç bir müsbət cavab ala bilməmişik. Buna baxmayaraq, vəziyyətin normallaşacağına ümid edirik. Başqa bir tərəfdən isə biz özümüz də təbliğat vasitəsi kimi bukletlər və kitablar nəşr etməliyik ki, bu sahədə öz təbliğatımız olsun». Nərminə MƏMMƏDOVA
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi