Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Avropa Birliyi (AB) uzun müddətdir istər strukturu, istərsə də gələcəyi ilə bağlı problemlər yaşamaqdadır. Bu problemlərin çoxunun qlobal sistemdəki rəqabətdən və iqtisadi imkanlardan qaynaqlandığı aydındır. Bununla bərabər problemlər siyasət vasitəsilə üzə çıxır və AB liderləri anlaşılmazlıqlar səhnəsinin baş rollarının ifaçılarına çevrilirlər. Üstəlik öyrəşmədiyimiz və tam olaraq nə istədiyi bilinməyən liderlər də varsa, problemlər tamamilə bu şəxslərin adları ilə əlaqələndirilir. Əslində demokratik ölkələrdə liderlərə baxaraq analiz aparmaq tam doğru qəbul edilmir, amma söhbət Fransa prezidenti Nikola Sarkozidən gedirsə, belə analizlər qaçılmaz olur. Sarkozini tanıyaq Sarkozinin AB-ni daha bütöv, daha federal bir qurum olaraq görmək istədiyi məlumdur. Bu istək əslində bəzi AB üzvü olan ölkələrin də gələcəklə bağlı planları ilə üst-üstə düşür. Eyni zamanda AB-ni daha sıx əməkdaşlığa cəlb edəcək hər hansı addımın fikir ayrılıqlarını daha da artıracağını düşünən dövlətlər də mövcuddur. Bu fikrin təmsilçisi kimi İngiltərə əks cəbhədə olan Fransa tərəfindən heç bir zaman əsl Avropa ölkəsi kimi tanınmayıb. Fransa əsl Avropa ölkəsi kimi gördüyü Almaniya ilə əməkdaşlıq edib və möhkəm bir AB üçün hər zaman fransız-alman birliyini əsas götürüb. Bu səmimiyyət bəzən o qədər irəliyə gedib ki, “iki ölkəyə tək hökumət quraq” fikirləri belə səslənməyə başlayıb. Nəticədə birgə fəaliyyət göstərəcək ordu məsələsində razılığa gəlinib, ortaq hökumət fikri isə unudulmaq üzrədir. Bir tərəfdən amerikasayağı iqtisadi və siyasi təşkilatlanma işinə qibtə edən və ABŞ-ın uğurunun arxasında “elastikliyin” dayandığını söyləyən Sarkozi digər tərəfdən isə daha bütünləşmiş bir Avropa fikrini müdafiə edərək, necə bir siyasi model nəzərdə tutduğu barədə tərəddüdlər yaradıb. Sarkozi dedikdə bir tərəfdən Avropanın öz müdafiə sistemini qurmasının vacib olduğunu israr edən, digər tərəfdən isə NATO-nu müdafiə edən, NATO-ya dəstək verməyə hazır olduğunu söyləyən, nüvə sahəsində milliliyə sadiq qalacağına söz verən, həm hərbi xərclərin və əsgər sayının azaldılmasına çalışan, həm də fransız əsgərlərini ABŞ-ın olduğu hər yerə göndərməyə hazır olduğunu bəyan edən siyasi lider başa düşülür. Onun digər münasibətlərində də bəzi qətiyyətsizliklər tapmaq mümkündür. Rusiyanın Avropanı enerji ilə şantaj etdiyini deyən Sarkozi bu ölkəyə səfəri zamanı AB ilə Rusiyanın yaxın müttəfiqlər olduğunu söyləmişdi. Düzdür, həmin açıqlaması zamanı kameralar önündə o qədər də sakit görünmürdü, amma yenə də onun bu sözləri ciddi qəbul olundu. Sarkozi ABŞ səfəri zamanı Konqresdəki çıxışında amerikalılara onları düşmənlərdən - almanlardan qoruduqlarına, yəni ortaq hökumət qurmaq istədikləri ölkədən xilas etdiklərinə görə təşəkkür etmişdi. Papanı ziyarəti zamanı: “Bütün fransızlar hər şeydən əvvəl katolikdir və fransız olmağın dəyişməyən şərti budur”, - deyən prezident Fransaya qayıtdıqdan sonra cümhuriyyət dəyərləri, inqilab və vətəndaşlıqla bağlı açıqlamalar vermiş və məcburən dünyəvilik məsələsinə də toxunmuşdu. Bu anlaşılmazlıqlardan Fransada baş çıxarmaq çətin olduğu üçün Sarkozi hadisəni bir müddətliyə gündəmdən çıxarmalı oldu. İqtidarının ilk aylarında Yaxın Şərqdəki ərəb xalqlarına marağı olduğunu açıqlayan Sarkozi Fələstində Həmasın dəstəklənməsi və Suriya ilə əlaqələrin qurulması fikirlərini səsləndirmişdi. Livanda isə Maruni liderlərinin tərəfini tutmuş, ardınca İsrailə səfəri zamanı Fransanın daima İsrailin yanında olacağını bildirmişdi. Bu mövzunu uzatmayaq, nümunə çoxdur. Belə qərara gəlmək olar ki, Sarkozinin qətiyyət göstərdiyi tək məsələ Türkiyəyə qarşı olmasıdır. Ağla belə, bir fikir də gəlir ki, bəlkə Sarkozi Türkiyəyə səfər edər və parlamentdə çıxışı zamanı fikirlərinin əksinə olan ifadələrə yer verər. Fransanın AB “dizayn”ı Sarkozinin narahatlıq doğuran bəzi addımları fransız vətəndaşlarında olduğu qədər bəzi AB ölkələrində də Fransaya qarşı etibarsızlıq yaradıb. Fransa bir çox iqtisadi və siyasi səbəblərə əsaslanaraq iki əsas məsələdə israr edir. Bunlardan birincisi, AB-nin gələcəyini tənzimləyən Lissabon Razılaşması çərçivəsində daha bütünləşmiş bir Avropa qurulması idi. Bu istiqamətdə Almaniyanı dəstəkləyici kimi seçdi və bu ölkə ilə birlikdə digər dövlətləri yola gətirmə prosesinə başladı. Ancaq elə həmin vaxtda Sarkozi Fransanı dünya gücünə çevirmək layihəsinə də start verdi. “Dünya gücü” layihəsi çərçivəsində Fransanı dünyaya çıxaracaq yolun Aralıq dənizindən keçdiyini xatırladan Sarkozi Aralıq dənizi birliyinin qurulması fikrini ortaya atdı. Bu fikrə əsasən qurum sadəcə Aralıq dənizi ilə sərhəd olan ölkələrdən ibarət olmalı idi. Layihədə iki önəmli problemin olduğu qısa müddət ərzində ortaya çıxdı. Birincisi Aralıq dənizi sahilində yerləşən və İsrail ilə diplomatik əlaqələri belə olmayan ərəb ölkələri ilə İsrailin bir qurumda necə birləşəcəyi məsələsi idi. Bundan əlavə, Fransa Əlcəzairi yola gətirməli, sözügedən ölkə isə öz qonşuları, məsələn, Mərakeş və Liviya ilə rəqabətinə mənfi təsir etməyəcək balansı qorumağın yollarını tapmalı idi. Qısacası, Fransa İtaliya və İspaniyaya liderlik etməyi və Aralıq dənizinin cənubunu “şimallı” ölkələr kimi mühasirəyə almağı planlaşdırmışdı. Bu təhlükəsizlik xəttinə və iqtisadi mühasirəyə əvvəlcə ərəb ölkələri etiraz etdi və bir qismi bunu yeni imperializm təcrübəsi kimi dəyərləndirdi. Ardınca Fransa İspaniyanın etirazları ilə qarşılaşdı. İkinci problem sözügedən layihədə Aralıq dənizi sahilində yerləşməyən Almaniyanın kənarda qalması idi. Üstəlik Fransa Aralıq dənizində İngiltərəyə rəğmən, təkbaşına sərbəst hərəkət edə biləcəyini düşünürdü. Hətta İngiltərə Kiprlə yeni ittifaq müzakirələri apararkən Fransa Kipr sahillərində hərbi təlimlərə start vermişdi. Təbii olaraq bu problemlər nəticəsində AB daxilində anlaşılmazlıqlar ortaya çıxdı. Başda Almaniya olmaqla bir çox ölkə Fransanın daha bütünləşmiş Avropa fikrinin Fransanın liderliyi ilə ərsəyə gələcək Avropa layihəsi olduğunu düşündü. Üstəlik, Fransa tərəfindən bu fikirləri təsdiqləyəcək bəzi addımlar da atıldı: Fransa Lissabon Razılaşması çərçivəsində nəzərdə tutulan “Avropa başqanı” məsələsində çox açıq yarışmaya girişdi. Fransa “Mr. Europe” postuna namizəd göstərilən İngiltərənin keçmiş baş naziri Toni Bleyerə veto qoydu. Səbəb kimi isə İngiltərənin tam avropalı olmaması göstərildi. Bunun əvəzinə Fransa beynəlxalq ticarət və valyuta təşkilatlarına liderlik etmiş fransızların namizədliyini irəli sürdü və bu dəfə də Almaniyanın vetosu ilə üzləşdi. Buna baxmayaraq, iki ölkə arasındakı anlaşılmazlıqların zaman ötdükcə aradan qaldırılacağı fikri əsasında hərəkət edən Fransa ümidini Lissabon Razılaşmasının 2009-cu ilin iyun ayının 7-də Avropa Parlamentinə keçiriləcək seçkilərə qədər təsdiqlənməsinə bağladı. Fransada Lissabon Razılaşması üçün referendum keçirilmədi, bu razılaşma parlamentdə təsdiqləndi. Amma İrlandiya məsələnin önəmli olduğunu əsas gətirərək, gələcəyi müəyyənləşdirəcək razılaşmanı referenduma çıxardı. Səsvermə keçirildi və Lissabon Razılaşması irlandlar tərəfindən rədd edildi. Fransada da əgər razılaşma referenduma çıxarılsa idi, böyük ehtimalla təsdiqlənməyəcəkdi. Bu məqamda bir məsələyə toxunmaqda yarar var. Əhalisinin sayı çox olan böyük ölkələrin, yəni adı çəkilməsə də, Türkiyənin AB-yə üzvlüyü məsələsinin Fransada referenduma çıxarılması ilə bağlı layihənin Senatda qəbul olunmamasında Lissabon Razılaşmasının referenduma çıxarılmamasının da rolu olub. Əslində qanunlara görə, prezident istəsə bu məsələni referenduma çıxara bilərdi. Sarkozi məsələni xalqın iradəsinə həvalə etməklə “xeyr” cavabının çıxmasını əldə etmək və bu yolla prezidenti, bəlkə də özünü siyasi məsuliyyətdən xilas etməyi planlaşdırmış ola bilər. Bununla bərabər Lissabon Razılaşması qəbul edilsin deyə referenduma getməməyi qətiyyətsiz bir addım kimi dəyərləndirildi. Ortaya çox qəribə bir mənzərə çıxdı: əgər bir məsələ rədd edilməlidirsə, referenduma çıxarılmalıdır, əgər qəbul olunmalıdırsa referenduma ehtiyac yoxdur. Prof.dr. Beril Dedeoğlu - Qalatasaray Universitetinin müəllimi zaman
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var