Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir Səid Muğanlı: "Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər" Güney Azərbaycanda nəşr olunan "Yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət - Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız. - Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda "Yaşmaq" jurnalının baş yazarıyam. Bundan başqa, "Yaşmaq" kitab yayını evinin də müdiriyəm. Keçən illərdə isə Güneyin tanınmış yazarlarından Eyvaz Tahanın çıxarmış olduğu "Yarpaq" qəzetinin də baş redaktor müavini kimi çalışmışam. - Hazırda Güneydə Qüzey şair və yazıçılarının əsərlərini rəhbərlik etdiyiniz dərgidə, eləcə də ayrıca kitab halında və antologiyalarda farsca çap edib yaymaqla məşğulsunuzg - Yox, yox, farsca deyil, Azərbaycan dilində əski əlifbadag - Aha, olsun. Necədir Qüzey yazarlarının yaradıcılığına münasibət? - Ümumi götürsək, yaxşıdır. Xüsusən əgər həmin yazar kifayət qədər tanınıbsa, onların əsərlərinə maraq da böyükdür, yaxşı da satılır. Məsələn, Ramiz Rövşənin kitabını çap etdik, iki ayda satılıb qurtardı və məcbur olduq ki, ikinci dəfə çap edək. Hardasa iki çap üst-üstə 6 min tiraja yaxındır və deyəsən, Ramiz bəyin kitabını üçüncü dəfə də çap etməli olacağıq. Sizin Ramiz Rövşənə tənqidi münasibətini bilirəm, amma açıq deyəcəm, onun əsərlərinə belə maraq mənim özümü də təəccübləndirdi. Yəni necə oldu ki, Güneydəki oxucular Ramiz Rövşəni bu qədər sevdi? İndi biz Ramiz bəyin satılan kitablarından əldə etdiyimiz vəsaitlə başqa kitablar nəşr etməyi planlaşdırırıq. Bununla belə, deməliyəm ki, Qüzeyin yeni və müasir ruhlu ədəbiyyatına maraq Güneydə çox böyükdür. Məsələn, Rasim Qaracanın şeir toplusunu buraxanda öz-özümə fikirləşirdim ki, satılmayacaq, kitab əlimizdə qalacaq, baxmayın, Rasim bəyin şeirləri çox moderndir, oxucuya yad görünə bilərdi-filan, amma fikirləşdiyimin əksi baş verdi, yaxşı satıldıg - Bəyəm Güneydə modern şeirə maraq azdır? - Yox, bizdə də modern şeir yazılır, bu gün aparıcı istiqamətlərdən biridir, ancaq necə olmasa da, Rasim Qaracanın şeirləri daha irəli gedib. Amma gözlədiyimizin əksinə olaraq, böyük ilgi gördü. Hətta şeirə marağı olmayan adamlar mənə deyirdilər ki, "bax biz belə yazıları oxumaq istəyirdik, nə yaxşı ki, çap elədiniz". Bir sözlə, Qüzey ədəbiyyatının həm klassik, həm də modern istiqamətlərinə Güneyin ilgisi çox böyükdür. Siz təəccüblənəcəksiniz, amma biz orada nəşr etdiyimiz kitabların arxasında anons vermişdik ki, İsmayıl Şıxlının "Dəli Kür" romanını çap edəcəyik. Ondan sonra elə hey soruşurlar ki, bəs nə oldu, niyə çap etmirsiniz? Sizdə "Dəli Kür" 1950-ci illərin ədəbiyyatı sayılır, artıq unudulmuş ola bilər, amma Güneydə onun çapını intizarla gözləyirlər. Ümumiyyətlə, Güneydə bir dil qarma-qarışıqlığı var, onu aradan qaldırmaq üçün Qüzeyin bir neçə qalım-qayın romanını çap etmək lazımdır deyə düşünürəm. - Arazın bu tayında ədəbi cameədə bir "atalar-oğullar" dartışması var. Güneydə necə, bunu müşahidə etmək olurmu? - Olur, bunsuz olmaz ki?!. Orada da yaşlı nəsillə yeni nəsil arasında estetik mübahisələr, bir-birini bəyənməməzlik, bir-birini qəbuletməzlik var, amma daha Qüzeydəki kimi gərgin deyil. Güneyin yaşlı ədəbi nəsli hələ də kənd təsvirləri üzərində çabalayır, bir xeyli əyalətçidirlər, bu da onlarla yeni yaradıcı qüvvələr arasında bir narazılığa səbəb olur. Siz müşahidə etdiyimi qədəri ilə, ədəbiyyatdakı "qocalar"a nifrət edirsiniz, amma bizdə nifrət yoxdur, sadəcə, sevmirlər. Hətta mən oxuyuram, siz özünüz də bizim Güneydə əsərlərini sevdiyimiz, çap etdiyimiz adamları da yıxıb-sürüyürsünüz. Mən buna təbii baxıram, ədəbiyyatın inkişafı belə estetik toqquşmalardan çox asılıdır. Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhəndi çıxmaq şərti ilə, hamısının üstünə gedirlər, amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, amma deyirik ki çox dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir. - Ümumiyyətlə, bu gün Güney ədəbiyyatın istiqaməti haradır? Məsələn, bizdə klassik ədəbi düşüncədən qopma və Qərb estetikasına qovuşma meyli güclənibg - Güney ədəbiyyatında Şəhriyar və Səhənd bir cığır açdılar, amma onu modernləşdirə bilmədilər. Sonra Sahir meydana çıxdı və Güney şeirində müasirləşmə meyli qüvvətlənməyə başladı. Doğrudu, Sahir şeirin formasında yeniləşmə aparsa da, amma düşüncə bir o qədər də müasir olmağı başarmadı. Sonra Əlirza Oqtay meydana çıxdı və kommunist olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca daha da modernləşməni gücləndirdi. Adını çəkdiklərim Pəhləvi dövründə yaşayıb-yaradıblar. Beləcə, Güney Azərbaycan poeziyasında modernləşmə dönməz bir prosesə çevrildi və Səhər xanımın gəlişi ilə bu proses özünün pik nöqtəsinə çatdı. Səhər xanım Güney şeirini doğrudan da, ölümdən qurtardı, poeziyada əyalətçi düşüncəni tamamilə arxaya atdı. Əziz Salami, Süleymanoğlu kimi şairlərin gəlişi ilə Güney şeirində yeni bir nəfəs açıldı və bu gün bizim gənc yaradıcı nəsil də sonuncu adını çəkdiklərimdən etkilənib tamamilə Qəryönümlü şeir xətti tutdular. Hətta artıq milli şeirlərdə də Qərb estetik əhval-ruhiyyəsi aydın duyulur. Yəni Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir. Amma biz keçmişdən də qəfil, birdəfəlik qopmaq fikrində deyilik, onlara da sayğı ilə yanaşırıq. - Kim var ən yeni parlayan gənc imzalardan? - Məsələn, Duman Ərdəm var, onun şeirlərini çap edəndən sonra bəzi yaşlı şair-yazıçılar mənə zəng eləyib deyirlər ki, "bu nədir, niyə çap edirsiniz?" Onları da qıcıqlandıran Dumanın şeirlərində seksual azadlığın olmasıdır, bu da İranda qadağandır. Yaşlı nəsili də çox qıcıqlandırır. Və yaxud, Məmmədrza Ləvayi var. Gənc nəsilin ən aparıcı yazarlarındandır. Aydın Araz, Hadi Qaraçay var, hərəsi fərqli cərəyanlara məxsus olsa da, Güney şeirinin yeni sifətiləridir. Onları da Qüzeydə tanıtmaq, çap etmək sizin üzərinizə düşür. - Güneydə Qüzey ədəbiyyatından yeni nə çap etməyi fikirləşirsiniz? - İstəyirəm Qüzey yazıçılarının hekayələrindən ibarət bir toplu buraxaq, özü də ən cavan nəsil yazıçılarının hekayələri olsun. Sonra sizin gənc xanım şairlərin, - Nərmin Kamal, Sevinc Pərvanə, Günel Mövlud və başqaları, - şeirlərindən bir toplu buraxmaq niyyətindəyik. Qurban Səidin "Əli və Nino" romanını, - klassik əsər olsa da son illər Azərbaycanda çox sevildiyini və dünyada da maraqla qarşılandığını bilirəm, - artıq mətbəəyə verib gəlmişəm, yəqin ki, Tehrana qayıdanda artıq işıq üzü görmüş olacaq. Bir sözlə, işlər çoxdur və yavaş-yavaş da öhdəsindən gələcəyimizi düşünürəm. Elnur ASTANBƏYLİ [email protected]/* */ adalet
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var