Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
İslam və demokratiya Günümüzün və tarixin ən önəmli mövzularından biri budur ki, islam və demokratiya qavramları bir-biri ilə nə zamansa barışacaqmı? İstibdadın, cəhalətin, zülmün, ədalətsizliyin və qaranlığın hökm sürdüyü islam ölkələrinə baxdığımızda, nədən bu ölkələr Qərbdəki sosial ədalətlə uyum içinə girmirlər sualı ağlımızda canlanır. Nədən yüzminlərcə, milyonlarca aydın və ya azad yaşamaq istəyən insan Qərbə qaçır? İslam ölkələrində yaşanılacaq sosial bir düzən bərqərar etmək mümkün olmazmı? İslam ölkəsində doğulmaq günümüzdə suç və məhkumiy-yət sayılır. Başqa cür düşünmək olmaz, başqa dinə keçmək olmaz! Dünyanın bu qədər sürətli tərəqqisi qarşısında islam dünyası öz cəhalətində, öz qaranlığında qalmaqdan nədən narahat olmur? Bu durğunluq, bu istibdad, bu qaranlıq nə zamana qədər davam edəcək? Bu suallar üzərində “İslam və demokratiya” mövzusunda bir dartışma başlatmanın zamanıdır. Əslində demək olar ki, bütün dinlərdə aşağı-yuxarı istibdad və antiplüralizm görüşləri hakimdir. Bəlkə islam dinində daha çox gözə çarpa bilər, ancaq bunun tarixi və sosioloji səbəbləri var. Din dəyərlər və demokratiya isə metodlar üzərində durar. Yəni demokratiya bir dəyər deyildir, dəyərlərin tətbiq edilməsi üçün metoddur. O zaman belə anlaşılır ki, metod olaraq mövcud olan demokratiyanın məzmun dəyərini din doldurduğunda hər türlü plüralizmə meydan qapanmış olur. Modern dünyada liberalizm və düşüncə özgürlüyü bir dəyərlər bütünüdür və demokratiya yolu ilə də bu dəyərlər özünü gerçəkləşdirir. Bu üzdən də liberal və demokratiya anlayışları Qərb siyasi fəlsəfəsində bir yerdə işlənir. Ancaq islam aləmi bu liberalizm sözündən qorxduqları üçün sadəcə demokratiyanı almağa, yəni yalnız metodu almağa çalışıblar, amma müvəffəq olmayıblar. Çünki “demokratiya” qavramı Qərb ölkələrində siyasi tətbiqat metodu kimi həyata keçməzdən əvvəl, liberalizm, insan haqları, düşüncə və din plüralizmi ilə bağlı bir çox siyasi fəlsəfələr ortaya qoyulmuşdu. Elə bir çox fikir adamları da bu üzdən öldürülüb. Yəni liberal dəyərlər demokratiya metodundan daha öncə insanların beynini qurcalayıb. Liberal dəyərlərin xristian dünyasında özünə yer edib və insanlara gerçək anlamda özgürlük gətirməsinin səbəbi xristianlıq dininin quruluşu ilə bağlıdır. İslam dini bir çox əsas mövzularda xristianlıqdan fərqlənir. Xristianlıqda açınım (vəhy) yalnız iman üzərinə israr edir. Ancaq islamda vəhy və peyğəmbərlik yalnız iman üzərinə israr etməz. İslam həm də siyasi bir sistemin gətiricisi, qurucusu olmuşdur. İslamı digər dinlərdən fərqləndirən təməl ayrıntı budur. Yəni Hz. Məhəmməd 13 il peyğəmbər və 10 il isə Məkkədən Mədinəyə getdikdən sonra peyğəmbər şah olmuşdur. Hz. Məhəmmədin siyasi fəaliyyıətlərdə bulunmasının səbəbi o zamankı Ərəbistan yarımadasında dövlətin olmaması idi. Hətta bir çox laiq islamçılar da bu üzdən belə hesab edirlər ki, peyğəmbərin dövlət qurmasının onun dini missiyası ilə əlaqəsi yoxdur. Çünki o zaman Ərəbistanda dövlət olsaydı, Məhəmməd yalnız peyğəmbərliklə məşğul olardı, siyasətlə deyil. Ya da bu şəkildə anladan da var ki, Məhəmməd, peyğəmbər olmasaydı da öz istedadı üzündən ərəblərə bir dövlət qurmalı idi. Yəni peyğəmbərin siyasətlə uğraşması o zamankı dövlət boşluğundan qaynaqlanmışdır və dövlətsizlikdən əziyyət çəkən ərəblər də bunu böyük məmnuniyyətlə qəbul etmişlər. Ancaq Hz. İsa peyğəmbər siyasətə və dövlət qurma işinə qatılmır. Nədən? Çünki Hz. İsanın zamanında Roma imperatorluğu kimi toplumun güvənliyini sağlayan bir dövlət var idi. Ayrıca İsa 23 il deyil, sadəcə 3 il peyğəmbərlik etmişdir. Açınım (vəhy) daşıyıcısı olan peyğəmbərin siyasətlə uğraşması daha sonrakı dönəmlərə də təsir etmişdir. Bu üzdən də liberal dəyərlərə gətirib çıxaracaq hər növ reform hərəkətlərinə islam dünyası qapalı qalmışdır. Reform nədir? Reform, yəni yenidən şəkilləndirmə. Yəni bir fenomenin mövcud şəklini dəyişdirib ona zamanın, çağın ehtiyaclarına görə şəkil vermə. Çünki bütün çağlar Ərəbistanın VII əsrinə bənzəməz və bütün millətlər də ərəblərin psixologiyasını daşımazlar. Bu üzdən də islamlaşmaq bir türlü ərəbləşmək kimi islam tarixində özünü ortaya qoydu. Demokratiyanin bir düşüncə və məktəb olmadığını, bir metod olduğunu söylədik. Liberal demokratiya də heç vaxt sadəcə seçimdən ibarət olduğunu iddia etməmişdir. Liberal demokratiyada liberalizm düşüncədir, demokratiya bu düşüncənin tətbiq edilmə metodudur. Ancaq müsəlmanların ağlındakı “islami demokratiya”da demokratiya islami dəyərlərin tətbiq edilmə metodudur. İslam dəyərlər də plüralizmə qapalı olduğu və özünü mütləq haqq sandığı üçün burada demokratiya, əslində dini istibdadın və dini diktatorluğun metodu kimi ortaya çıxır. Necə ki, bu gün İran və ya bir çox müsəlman ölkələrdə seçim var, milli məclis var, ancaq azadlıq yoxdur. Nədən? Çünki azadlıq demokratiyanın mövzusu deyildir, liberalizmin mövzusudur. Demokratiya azadlığın vasitəsidir, özü deyildir. İslam zehniyyəti demokratiyanı yalnız öz dəyərlərini gerçəkləşdirmək üçün qəbul edər, başqa düşüncələrin də gəlişməsinə yardımçı olan demokratiya islam zehniyyətində qəbul edilməz və islam tarixində də qəbul edilməmişdir. İslamda yalnız müsəlmanların haqqı var, müsəlman olmayanlar yaşaya bilmələri üçün cəziyə (müsəlman olmamanın cəzası olaraq pul) ödəməli idilər. İslam və liberal dəyərlər arasındakı təzad nələrdir? İslamın kamil insan tipi hazırdır. İslam dəyərləri əsasında yaşayan fərd sonunda Tanrıya qovuşar və iş bitər. Ancaq liberalizmin insan tipi hazır deyildir. Liberal dəyərlərə görə insan və toplumlar zamanın axışı içində öz-özlərinin memarı olarlar. İslamda isə inkişafın bütün sirləri VII əsr Ərəbistanın qumsal çöllərində itmişdir. İslam ölkələrini idarə edən siyasilərin liberal dəyərlərlə düşmənliklərinin səbəbləri budur. İslam biryönlü, liberal dəyərlər çoxyönlü insan növünü düşünməkdədir. İslamda bu biryönlülüyün də istiqaməti Tanrıdır. Ancaq liberal dəyərlər fərdə Tanrıya inanmama və ya dinini dəyişdirmə haqqı da tanıyır. Qərbdə meydana çıxmış olan liberal dəyərləri müsəlmanlar bu şəkildə dəyərləndirirlər ki, əgər Qərb də müsəlman olsaydı, bu dəyərlərə ehtiyac qalmazdı. Liberal dəyərlərin ortaya çıxışını xristianlıqdakı boşluqlardan qaynaqlandığını düşünür müsəlmanlar. Bu səbəbdən islam alimləri liberal demokratiyanın islamın mahiyyəti ilə ziddiyyətdə olduğunu düşünürlər. Çünki liberal demokratiyanın dini plüralizm anlayışı müsəlmanların “ən son və mükəmməl din islamdır, bütün insanlar müsəlmanlaşmalıdırlar” tezisinə qarşıdır. Hətta islamın ilk çağlarında Rəddə savaşlarında olduğu kimi, bu gün də əksər islam ölkələrində islamdan üz döndərmiş adamların cəzası edamdır. Hz. Məhəmməd öldükdən sonra bir çox ərəb islamı rədd etdilər. Əbubəkirin başçılığı və Əlinin savaşçılığı ilə başlanan bu savaşda islamı rədd edənlərin kökünü kəsdilər. Ona görə də bu savaşın adı “rəddə” olaraq aldı. Günümüzdə plüralizm liberal demokratiya fəlsəfəsinin çox önəmli bir parçasıdır. Bu, sadəcə siyasi plüralizmdən ibarət deyil, həm də dini, fikri, fəlsəfi plüralizmdən ibarətdir. Liberal demokratiyanın qaynağı insanların intellektual gəlişmələrinə, ehtiyaclarına görə dəyişir. Ancaq islami demokratiyanın dəyişməyən qaynağı var və onun dışına çıxmaq küfr sayılır. Bu üzdən də demokratiya əslində daima dəyişən, transformasiyaya uğrayan insan ağlının gerçəkləşməsi üçün bir ideal metoddur. Örnək olaraq, bir bilim adamının, bir siyasi fəlsəfəçinin ağlına yeni bir şey gəldiysə, edam təhlükəsi olmadan onu bir kitab və ya dərgidə yayınlaya bilər, ancaq eyni adam islam ölkələrində ölümlə cəzalana bilər. Çünki dinlər Tanrımərkəzli və liberalizm isə insanmərkəzli düşünməkdədir. Olaya epistimoloji bucaqdan baxıldığında liberal demokratiya təcrübə və ağla dayanır, islam şəriətin dəyişməz qanunlarına. Bəzi islam ölkələrində edam hökmünün ləğv olunması Qərb dövlətlərinin basqısı üzündən olmuşdur. Yəni günümüzdə hansısa bir islam ölkəsində adam kimi yaşamaq mümkünsə, bu, qətiyyən o ölkənin öz tarixi şərtlərindən qaynaqlanmır, bu ya Qərbin basqısı üzündəndir, ya da Atatürk kimi üstün bir insanın bu qaranlıq tarixi yıxa bilməsi hesabınadır. Liberal demokratiya əslində uzun sürəli aydınlanmanın nəticəsidir. Bu aydınlanma prosesində dini mətnləri fərqli təfsir etmiş, açıqlamışlar. Dinin sekulyarizasiyası ilə gerçəkləşmişdir bu aydınlanma sürəci, yəni din insanların iç dünyasıyla bağlı bir sahəyə endirilmişdir. Bir çox Skandinaviya ölkələrində insanların dinini soruşmaq suç sayılır və adam məhkəməlik ola bilər. Dinin ictimai həyatdan uzaqlaşdırılması ilə düşüncə plüralizminə meydan açılmışdır. Çünki Tanrının sonsuzluğu haqqında danışan dini hər kəs öz sonlu ağlı ilə anlayır. Sonlu anlayış isə mütləqləşdirilir və qanlı savaşlara səbəb olur. Eyni zehniyyət islami iqtisad anlayışını ortaya qoyur. İslami iqtisadın isə qaynaq kitabı yoxdur, çünki Quran bir iqtisadiyat kitabı deyildir. İqtisadi baxımdan öz yerində çabalayan islam ölkələrinin fəlakəti buradan qaynaqlanır. Çünki iqtisadi həyat, sadəcə pullaşmaqdan ibarət deyildir. İqtisadiyyat elmdir və digər elm sahələri ilə sıx əlaqəsi var. İslami demokratiya isə Qərbin güclənərək islam ölkələrini nəzarətə aldıqları zaman ortaya çıxdı. Qərb fikri, elmi, fəlsəfi, hərbi baxımdan güclənmədiyi müddətcə islam dünyasında “islami demokratiya” sözünə rast gəlmirik. Nədən? Çünki islam tarixində heç bir zaman çoxluğun və xalqın görüşü ilə hesablaşma zehniyyəti olmamışdır. Hz. Məhəmməd öldükdən sonra ilk dörd xəlifəni xalq seçmədi. Savaşlar yolu ilə qənimət əldə edərək zənginləşmiş islamın bir neçə öncülləri seçdi. Xəlifələrin seçimində heç bir qadının baxışı nəzərə alınmadı, çünki islam anlayışında qadın ikinci cinsdir və onun görüşü ilə hesablaşmaq xətalı bir işdir. Sünni cəbhəsində bu hadisələr yaşarkən, islamın şiə anlayışı daha qəddar istibdad və diktatorluq tərəfdarı olmuşdur. Şiəyə görə, əhaliyə ehtiyac yoxdur, peyğəmbərdən sonra iqtidar qeydsiz-şərtsiz imamların olmalı imiş. Baxmayaraq ki, imamlar özləri belə düşünməmişdi. Hətta Əbutaliboğlu Əli heç bir yerdə imamət sözünü tələffüz etməmiş, yalnız xilafətdən danışmışdır. Ancaq artıq istibdad öz içindən özünü dağıdan düşüncə adamları yetişdirir. Günümüzdə islam dünyasında da teoloji hermenotiyin fəlsəfi hermenotiklə yer dəyişdirməsinə şahid oluruq. Bunlardan biri və bəlkə də islam tarixində heç alternativi olmayan iranlı Abdulkərim Soruşdur. İran islam inqilabında Xomeyninin yardımçısı olmuş, daha sonra bu cərəyandan ayrılmış və öz fəlsəfəsini qurmuş olan Soruş özəlliklə İran qaynaqlı islam anlayışını kökündən uçurur. (Soruşun görüşləri ilə bu sitədə tanış ola bilərsiniz: http://www.drsoroush.com/) Soruşa görə artıq dini iqtidarların zamanı bitmişdir və Qurandakı “cihad” qavramı da köhnəlmişdir. Çünki cihad əmri vermək yalnız peyğəmbərin səlahiyyətində olan bir işdir. Soruş həm də belə hesab edir ki, Quranın bir çox mətni artıq batil olmuş, keçərliliyini itirmişdir. Yəni Məkkədə gələn ayələr, Mədinədə islami dövlət qurulduqdan sonra mənsux (batil) edilmişdir. Hətta Soruşa görə, Quranda keçən və Məkkədə gəlmiş olan “Dində zor və icbar yoxdur” ayəsi qital (öldürmə) ayələri tərəfindən ibtal edilmişdir. Soruş son yazılarında daha da irəli gedir və Quranın Allahın kitabı olmadığını deyir. Soruşa görə, Allahın əsəri olan Quran deyildir, Məhəmməddir. Yəni Quran Məhəmmədin və Məhəmməd isə Tanrının əsəridir. Neomötəzilə məzhəbinin tərəfdarı olan Soruş Quranın qədim deyil, məxluq olduğunu müdafiə edir. İslam dünyası belə hesab edir ki, Quran qədimdir, yəni Tanrının əzəldən demək istədiyi sözlərdir və Məhəmməddən öncə də bu sözlər Tanrı qatında əbədiyyən var imiş. Ancaq Mötəzilə düşüncəsindən faydalanan Soruş hesab edir ki, Quran məxluqdur, yəni zaman və məkan ehtiyaclarına görə yazılmış bir kitabdır. Zaman və məkan kökənli olduğu üçün günümüzdə bir çox problemlərin, o cümlədən siyasi problemlərin həlli üçün Quran qaynaq kitab ola bilməz, çünki o, Ərəbistanın o zamankı şərtlərinə görə ortaya çıxmışdır. O zaman hər çağın insanı öz ağlından faydalanmağı Quransız da bacara bilər. Çünki ağıl da tanrının əsəridir. Nədən tanrının bu ağıl deyilən əsərindən faydalanmırıq? Soruş burada liberal demokratiya və sekulyarizm kimi qavramlar üzərində sıxca durur və insan haqlarının modern tərəfini anladır. Soruş bütün bu intellektual çalışmalarına görə 2004-cü ildə Erasmus ödülü ilə ödülləndirildi. Soruşun müdafiə etdiyi dini plüralizm islam ölkələrindəki dini istibdadı kökündən yıxır. Bu üzdən də İran dövləti onun görüşlərinin yayılması üçün gərəkən önləmləri almışdır. Onun bu çalışmaları islamla demokratiyanı liberal dəyərlər işığında barışdırmağa xidmət etməkdədir. Soruş daha öncəki hermenotik gələnəklərə tənqidi yanaşmışdır. Əgər bir inanışda plüralizmə və özgürlüyə yer yoxdursa, onu sadəcə hüquqi zorlamalarla gerçəkləşdirmək olmaz. Türkiyə örnəyində görüldüyü kimi yenə də fanatizm laik dəyərləri öz dünyagörüşünə sığışdıra bilmir. Bəzi islam ölkələrində modern bir anayasanın olduğunu görürük. Ancaq ictimai münasibətlər yenə də əski və dini dəyərlərin əsasında davam edir. Çünki əski dəyərləri ortadan qaldırmaq sadəcə hüququn işi deyildir, toplumsal aydınlanma, ədəbiyyat, musiqi, rəssamlıq və digər insan ağlının və hissiyyatının nəticəsi olan dəyərlər bu yolda yardımçı olmalıdır. İslam ölkələrinin modernləşmə yolundakı ən böyük problemləri budur ki, tarixlərindən onlara mənəvi güc verəcək və çağdaş görünəcək heç bir şey yoxdur. İslam ölkələrinin tarixi qan, qəddarlıq və istibdad üzərində qurulmuşdur. Bu tarixlə savaşa başlayanların aqibəti üç yoldan ibarətdir: 1. Ölkədən qaçırlar. 2. Həbs edilirlər. 3. Edam olurlar. Azərbaycanda da sıx-sıx duyduğumuz “Türk-islam ülküçülüyü” anlayışı əslində əski istibdadın, əski cəhalətin xortlamasına xidmət edir. Durum bu şəkildə olduğu zaman Qərblə ilgili iki vəziyyət ortaya çıxır: Ya Qərbi tanımırlar və qəflət içindədirlər, ya da Qərbi tanıdıqları zaman yurdlarından qopurlar. Çünki o yurdlardakı qaranlıqdan və dini, qeyri-dini istibdaddan qorxurlar. Alma qezeti
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var