Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevi və Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilini Türkiyəyə dəvət edib. Prezidentlər iyulun 24-də Bakı-Tiflis-Qars (BTQ ) dəmiryolunun Türkiyə hissəsinin təməlqoyma mərasiminə qatılacaqlar. Xatırladaq ki, BTQ-nin Gürcüstan hissəsinin təməlqoyma mərasimi keçən il noyabrın 20-də Marabdada (Samse-Cavaxetiya regionu) keçirilib. Həyata keçirilən bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək. BTQ-nin reallaşdırılması ilə bağlı razılaşma paketi 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Rəvan Məmmədli Layihədə 105 kilometr yeni magistralın tikilməsi nəzərdə tutulur. Bunun 29 kilometri Gürcüstan, 76 kilometri isə Türkiyə ərazisinə düşür. Bundan başqa, 183 kilometrlik Axalkələki-Marabda-Tiflis dəmir yolu yenidən qurulur. Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə veriləndən sonra birinci mərhələdə ildə 5 milyon ton yük daşınacaq. Sonra yüklərin həcmi artırılacaq. Dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstanın "Marabda-Karsi dəmir yolu" MMC-yə 25 il müddətinə illik 1 faizlə 200 milyon dollar kredit ayırıb. Gürcüstanda tikinti işlərini Azərbaycanın "Azərinşaat Servis" şirkəti aparır. Nəzərə çatdıraq ki, ABŞ və Avropa Birliyi bu layihəni maliyyələşdirməkdən imtina etmişdi. Azərbaycan isə Gürcüstana kredit ayıraraq maliyyə məsələsini yoluna qoyub və beləliklə, BTQ-nin reallaşdırılmasında əsas rolu öz üzərinə götürüb. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, BTQ həm Azərbaycan, həm də region üçün ən uğurlu layihələrdən biri hesab olunmalıdır. Ən azı ona görə ki, rəsmi Bakının bu təşəbbüsü işğalçı Ermənistanı regional layihələrdən kənarda qoymaq yönündə növbəti ciddi addımlarından biridir. Bu səbəbdən də ekspert BTQ-nin siyasi və geopolitik baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Onun sözlərinə görə, həm ABŞ, həm də Avropa Birliyi dəmir yolunun Ermənistandan keçməsinin tərəfdarı olublar. Hətta ABŞ Konqresi dəmir yolu işğalçı ölkədən keçmədiyi halda "Eksimbank"a layihəni maliyyələşdirməməklə bağlı göstəriş verib. Avropa Birliyi də quruma daxil olan ölkələrin maliyyə institutlarına anoloji yöndə tövsiyə ünvanlayıb. Ancaq buna baxmayaraq Azərbaycan hökuməti istəyinə nail olub, eyni zamanda Tiflisin maliyyə öhdəliyini yerinə yetirmək üçün 1 faizlə, demək olar ki, faizsiz 200 milyon dollar kredit ayırıb. Bu, Azərbaycanın iqtisadi gücünün artmasından, dünya bazarında neftin qiymətindən daha çox gəlir əldə edilməsi nəticəsində mümkün olub. O dedi ki, 2002-ci ilə kimi rəsmi Bakı maliyyə imkanları yetərincə olmadığı üçün Qərbin maliyyə institutlarıyla əməkdaşlıq etməyə, onların tövsiyyələrini nəzərə almağa çalışıb. Qısası, oyun qaydalarını Qərb müəyyənləşdirib. Ancaq 2002-ci ildən maliyyə bazasının möhkəmlənməsi Azərbaycan hökumətinə manevr imkanları verib. Ermənistanı regional layihələrdən kənarda qoymaqla bərabər BTQ Azərbaycan, Türkiyə və Gürcüstan arasında inteqrasiyanı gücləndirəcək. Bu da öz növbəsində ölkələr arasında siyasi əlaqələrin güclənməsinə gətirib çıxaracaq. İkincisi, BTQ Azərbaycan, Türkiyə və Gürcüstanın ixrac potensialını da artıracaq. Çünki dəmir yolu daşımalar daha ucuz başa gəlir və hər üç ölkə Avropaya əlverişli bir yol əldə edəcək. ABŞ və Fransa başda olmaqla Avropa Birliyinin bir sıra ölkələrinin dəmir yolunun məhz Ermənistandan keçirilməsi yönündə təkidlərinin səbəblərinə də aydınlıq gətirən iqtisadçı bildirdi ki, əgər onlar istəklərinə nail olardılarsa, bu, Ermənistanı blokadadan çıxaracaq, digər tərəfdən adıçəkilən ölkə tranzit haqları hesabına büdcəsi üçün daimi gəlir mənbəyi əldə edəcəkdi. ABŞ və Avropa Birliyinin dəmir yolu xəttinin Ermənistandan keçməsini istəməsinin bir özəl səbəbi də olub. Qərb dünyasına görə, əgər Axalkalakidən yox, Gümrüdən keçməklə Asiyadan gələn yüklər Avropaya və əks istiqamətə daşınardısa, bu, Azərbaycan və Ermənistanı da bir-birinə bağlar və xalqlar arasında münasibətlərin yumşalmasına, sülh üçün zəminin yaranmasına gətirib çıxarardı. Çünki bu halda dəmir yolu hər iki ölkədən keçəcəkdi. İqtisadçı ekspert qeyd etdi ki, bir sıra Avropa Birliyi ölkələrinin və ABŞ-ın belə mövqe sərgiləməsinin səbəbi həm də erməni diasporu amili ilə bağlı olub. Həmin ölkələrdə erməni diasporunun daxili və xarici siyasətə təsiri əhəmiyyətli dərəcədədir: "İqtisadi baxımdan BTQ Qərb dünyası üçün əlverişlidir. Dəmir yolunun Ermənistan yox, Gürcüstandan keçməsi yolun uzunluğunu, tikinti xərclərini də əhəmiyyətli dərəcədə artırmır. İkincisi, BTQ-nin tikintisi üçün elə də böyük vəsait tələb olunmurdu ki, buna görə çəkincəklik olsun. Ümumilikdə, tikinti və köhnə yolların rekonstruksiyası üçün 600 milyon dollar tələb olunurdu ki, bu da elə böyük rəqəm deyil. Sadəcə, ABŞ və Avropa Birliyi dəmir yolunun Gürcüstandan yox, Ermənistandan keçməsini istəyib. Bu da yolun Gürcüstandan və Ermənistandan keçərkən uzun və qısa olacağıyla bağlı deyildi. Yuxarıda da dediyim kimi onlar bu dəmir yoluna son nəticədə xalqları sülhə hazırlamaq, münasibətləri qaydaya salmaq yönündə bir vasitə kimi yanaşıblar. Ancaq ümumilikdə götürəndə, ABŞ və Avropa Birliyi bu strateji önəm daşıyan layihəyə qarşı olmayıb". O da bəllidir ki, Avropanın Rusiya və İrandan yan keçməklə Asiyaya çıxacaq alternativ variantı, dəmiryolu yoxdur. Digər tərəfdən, gələcəkdə Gümrüdən Qarsa gedən və rekonstruksiyaya ehtiyac olan dəmir yolunun işləməsi üçün də məhz Azərbaycanın buna razılıq verməsi və öz üzərindən yüklərin Ermənistana keçməsiylə razılaşması lazımdır. Rəsmi Bakı isə dəmir yolunun Gürcüstan hissəsinin maliyələşməsinə kredit ayırmaqla işğalçı ölkəni ədalətli sülh şərtləriylə razılaşmayana qədər TRASECA-dan, "Böyük İpək Yolu"ndan kənarda saxlayacağı yönündə ortaya qəti mövqe qoydu. Avropa Birliyi və ABŞ isə indinin özündə də BTQ-yə soyuq münasibət sərgiləməklə də Azərbaycanın mövqeyinə yenidən baxacağına, ən azı Gümrüdən keçən dəmir yolunun BTQ ilə paralel işləməsinə razılaşacağına ümid bəsləyir. Vüqar Baramov vurğuladı ki, Orta Asiya ölkələri, o cümlədən Çin BTQ ilə yüklərini daşıya biləcəklər. Artıq Qazaxıstan və Çin bu dəmir yolundan istifadədə maraqlı olduqlarını bəyanlayıblar. Azərbaycanla münasibətləri istiləşməkdə olan Tacikistan üçün də sözügedən xətt cəlbedici sayıla bilər. Eyni zamanda Avropa da Mərkəzi Asiya və Cənubi-Şərqi Asiya bazarlarına BTQ ilə daha əlverişli və asan çıxa biləcək. BTQ-nin Avropa və Asiya arasında mühüm nəqliyyat sisteminə çevrilməsi isə Azərbaycan, Türkiyə və Gürcüstanı mühüm tranzit qovşağına çevirir və həm də bu ölkələrə tranzit haqqı qismində davamlı gəlir vəd edir: "Konkretləşdirilsə, yüklər Xəzər dənizinin şərqindəki limanlara daşınacaq və oradan gəmi-bərələrlə Bakıya, hər üç ölkədən keçməklə Avropaya və əks istiqamətə daşına biləcək. Layihənin reallaşmasını birmənalı olaraq uğur kimi qiymətləndirmək lazımdır". xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var