İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Mədəniyyət çox bö-yük anlayışdır. Burda bəşəri zənginlik, dəyər şəxsiyyətin, fərdin dəyərinə və eyni zamanda fərdin məzmununda dayanan xüsusi keyfiyyət-qüvvə və istedad bəşəri zənginliyə - dəyərə çevrilir. Mədəni irs yaranır, ümumi-dünyəvi mədəniyyət kodeksi, istinad bazası, fərd və dünya arasındakı münasibətlərdə məna qurur. Mədəniyyət kifayət qədər insan həyatına bəşəri hadisələrə, həyatın gedişatına təsir edən cərəyan olduğu üçün itib getmir. İstənilən millətin, cəmiyyətin, sinfin və fərdin yaratdığı mədəni irs yaşayır. Və cəmiyyət həmin irsə söykənərək ayağa qalxa bilir. Elə xalqlar və millətlər var ki, onlar indi yer üzündə yoxdur, amma yaratdıqları mədəniyyət fakt olaraq qalır. Və bu, ümumilikdə, bəşəri sivilizasiyanın inkişafına təsir edir. ADR 90 illiyini qeyd edir neçə vaxtdır. Neçə vaxtdır məmləkətdə 90 rəqəmi simvola çevrilib. Parlamentin, ordunun, cümhuriyyətin, bayrağın, himnin 90 illiyidir. İlk və indiki demokratiya arasındakı vaxt məsafəsini qulaq ardına vursaq, özümüzü elə aparsaq ki, guya 90 ildir ADR var, 90-cı ilinə demokratik qədəmlər basan respublikanı alqışlamaq olar. Qonaqlar gəlir-gedir, yollar yenə hay-harayla polis düdüyü hesabına açılır-bağlanır, konsert konsert dalınca, rəsmi tədbir qeyri-rəsmi tədbiri, qeyri-rəsmi tədbir iclasları, qeyri-iclaslar parlament müzakirələrini, qəzetlər bir-birini təkrarlayır, televiziya həmişəki qaydasındadır, 90 illik-zad vecinə deyil- yarışmalar davam etməkdə, mənasız müğənni söz-söhbətləri ADR məfhumunu kiçiltməkdə, kiçiltməkdə, kiçiltməkdə.... Bu arada Rusiyadan qonağım gəldi. Adam istərdi ki, qonaq məhz ADR-in 90 illiyi münasibəti ilə gəlsin. Səni təbrik etsin, "Böyük respublika olasız" desin. Sən də gündən-günə daha çox eksperimentlər laboratoriyasına çevrilən doğma paytaxtında özünü arsızlığa vurub onu gəzdirərək - bax, bura Bakıdır, ADR-in paytaxtı, o ADR-in ki, nəhayət yenidən ADR oldu, deyəsən. Amma Bakının havasından, insanların simasından ADR-zad yağmır. İnsanların simasından elə hey Aygün Kazımova, Namiq, Rəqsanə, Nata yağır. Ona görə qonağı da borclu çıxara bilmirsən. Qonağımı şəhər kənarına aparırdıq. Zir-zibilli yol kənarlarından keçdikcə, sınıq-salxaq daxmaları, eybəcər-eybəcər qarpız komalarını, yamaqlı-yumaqlı siqaret, meyvə butkalarını, kələ-kötür yolları o gördükcə mən xəcalət çəkirdim, utanırdım 90 illikdən danışmağa. Hələ pəncərəmizdən bayıra baxarkən ötənlərdə yazdığım taxta qaçqın komalarının üstündəki səfeh-səfeh əşyalar, taxta-tuxta, lazımsız dər-dümür adamı dilxor edirdi. Və qonaq tez-tez soruşurdu "Poçemu ne vıbrasıvayut?" Başımın üstündə yuxarı mərtəbədə bir qonşu özünü o qədər təmizkar və səliqəli qəlibə salıb ki, özü də inanıb, inanıb ki, həqiqətən təmizkardır. Evindəki xalça-palazı hər gün başımıza çırpır, əlinə gələni həyətə yuvarlayır, pəncərəmizin yarısını asdığı yekə xalça palazla örtüb evimizə gülən günəşin qarşısını alır, qapısının ağzını yuyub suyu aşağı mərtəbəyə-başımıza tökür və çox rahatdır. "Təki Vətən yaşasın." Ona izah edə bilmədim ki, sənin təmizlik anlayışın çox-çox kiçikdir. Sən hər dəfə həyətə zibil atanda və şadlıq evi boyda palazını bizim pəncərəyə çırpanda anlayıram ki, niyə insanların üzündə ADR effekti yoxdur. Nə qədər ki, "Mənim evim" anlayışı sənin, onun, o birinin başını soxduğu yer qədərdir, nə qədər ki, yaşadığımız mənzili yığışdırıb zibilini bir-birimizin və ADR-in başına tökəcəyik, bizdən nə millət, nə vətən, nə 90, nə də başqa rəqəmin havası yağmayacaq. Bugünkü zir-zibili də tarixin alt mərtəbəsində yaşayan 90 yaşlı qoca və tənha ADR kişinin üstünə tökürük, xalça-palazımızı onun başına çırpırıq. Yazığın təmizləyəni də yoxdur. Qalıb kirin-pasın içində. Əlbəttə, istərdik bütün millət işini- gücünü atıb bu 90 illiyi hiss etsin. Evlərdə ziyafətlər, pirlər, yeyib-içmək təşkil edilsin. Hamının eyvanından bayrağımız dalğalansın, balacalara "bala, bu gün bizim üçün ən vacib gündür. 90 il bundan əvvəl necə ki, sən doğulmusan, eləcə də vətənimiz doğulub. Necə ki, sənin böyüyüb ağıllı, savadlı, yetkin və uğurlu bir insan olman üçün valideynlərin çalışır, müəllimlərin zəhmət sərf edir, səni qorumağa pis əməl və adamlardan uzaq tutmağa çalışır, vətən də doğulanda bütün bunları öz öhdəsinə "şərəflə" (dırnaq haqda uşağa heç nə demirsən) götürən "məsuliyyətli" adamlar olur. Onlara millət vəkilləri-deputatlar, nazirlər, vəzifə sahibləri, dövlət qulluqçuları deyirlər. Və onların borcu biz səni qoruduğumuz və sevdiyimiz kimi vətəni sevməkdir. Necə ki, səni atanla mən dünyaya gətirmişik, vətənimizi dünyaya gətirən Məmməd Əmin Rəsulzadə baban olub. Nə olsun ki, təntənəli 90 il yubileyində yalnız rumıniyalı qonaq ADR banisinin adını çəkdi?! Və nə vaxtsa onun Rumıniyaya gəlişindən qürur duyduğunu dedi. Və bunu heç bir arxa fikir bilmədən, bəlkə də bilərəkdən etdi. Əlbəttə, dünyanın siyasi meydanında bir dövlətin 90 illiyini qeyd etməsi çox yaxşıdır. Həm bu tarix üz qaraltmır. Kimsənin nə torpağı, nə haqqı-hesabına deyil. Bu hələ də həllini tapmayan müharibədə haqlı və zərərçəkən tərəf olduğunu sübut etməsi üçün Azərbaycanın olduqca ciddi faktıdır. Amma bir ölkə tarixini həmin tarixi yaradanların adı, imzası, əməyi və ən azı varlığı ilə daha rahat və əsaslı şəkildə ortaya qoymaq olmazmı? O adların fərdi keyfiyyətləri tarixin vecinə deyil. Və həmin adlar ona görə tarixə çevrilir ki, tarixin aşındırıb böyütdüyü, ya kiçiltdiyi faktların içində millətin özü və keçdiyi həyat yolu yaşayır. Mədəniyyət belə formalaşır pis və yaxşı olmasından asılısız. Jozef Fuşe Fransa tarixində macəraçı, vəzifə hərisi, Fransa lideri Napoleonun ən iti düşməni sayılsa da onun haqda kitablar da yazılır, (mahnı qoşulmur yox) ətraflı məlumatlar da yayılır. Və Fransa bu zəngin, dolu tarixin, siyasi mətbəxin hesabına dünyanın ən böyük mədəniyyət baqajı olan ölkəsi sayılır. Mədəniyyətin növləri-maddi, mənəvi, siyasi mədəniyyət üçlüyünün harmoniyası hesabına dövlət və sağlam cəmiyyət qurulur. Və mədəniyyət anlayışını etiket qaydaları və ya yalnız bir qolunun məsələn: mənəvi mədəniyyətin tərkib hissəsi olan tutaq ki, ədəbiyyatla ölçmək olmaz. Siyasi və maddi mədəniyyət də eyni ilə. Maddi mədəniyyəti yalnız Tağıyevin adı ilə bağlamaq olmaz. Biz tarixi eşələyib nə qədər bol imzalar tapırıqsa bu kiminsə qarşısına çıxmaq üçün dəlil olur ən azı. Məmməd Əmin, ya başqası ona görə böyük göstəricidir. Körpülərin, keçidlərin, küçələrin üstündə adi cümlələri seçib lövhələrə yazan adamlar bilmir tarix nədir?! Neynəyəsən ki, böyük düm ağ bir lövhədə dıqqılı qara nöqtə dərhal gözə çarpır. Bu da görülən işlərin çoxuna kölgə salır. Əlbəttə, böyük işlər tarix olaraq qalır. Tarix az qala 100 ilə çatacaq bir dövlətin başında durmaq, yeri-göyü silkələyən Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaqdır. Aysel Əlizadə [email protected]/* */ adalet
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var