İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
Güney Azərbaycanlı fəalin hökmü təsdiqlədi; Təbriz etirazlarının dosyesi yenidən gündəmdə
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi
Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Həmişə Göyçə adı çəkiləndə ustad Aşıq Ələsgəri xatırlayıram. Azərbaycan aşıq sənətinin zirvəsi, əsrlər keçdikcə xalqın yaddaşından silinməyən bir sənətkarı... Ələsgərdən sonra poeziya tariximizdə yeni adlar,şəxsiyyətlər peyda oldu. Cavid, Sabir, Hadi, S.Vurğun, M.Müşfiq, R.Rza, B.Vahabzadə, Əli Kərim kimi poeziya zirvələri ucaldı. Amma Ələsgər sənəti öz tutduğu zirvədən bircə qarış da enmədi. Adım Ələsgərdi, Göyçə-mahalım, Dolanım başına, mən dərdin alım, Hüsnün şöləsinə xəstə xəyalım Pərvanədi, şəmistanlar dolanır. Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Musa... və mənim tanımadığım neçə saz-söz ustası. Göyçəni görməmişəm. Amma bilirəm ki, Azərbaycanın ən qədim mahallarından biridir. Torpağı çox bərəkətlidir, əkinçilik, bağçaçılıq, maldarlıq, xalçaçılıq gur olan yerdi. Göyçə indi bizim deyil. Ələsgərin ruhu əzab çəkir. Amma mənəvi Göyçə, saz-söz dünyası ilə tanınan Göyçə bizimdir. Göyçə adı gələndə bir də Hüseyn Arifin məşhur şeirini xatırlayıram: Aləm bilir, hər hörmətim sizədir, Dədə-baba məhəbbətim sizədir, Mən Arifəm, vəsiyyətim sizədir, Göyçəlilər, dağılmayın Göyçədən. Bu şeiri Hüseyn Arif 80-ci illərin əvvəllərində yazmışdı. O vaxt hələ məkrli qonşularımızın silahları əllərində yox, içində idi. Qədim Azərbaycan adları kütləvi şəkildə dəyişdirilir, azərbaycanlılır tutduqları vəzifələrdən azad edilirdilər. Mənəvi repressiyanı az sonra zor, işgəncə, kütləvi talanlar əvəz etdi. Soydaşlarımız yurd-yuvalarından didərgin düşdülər. Bu gün Azərbaycanın müxtəlif rayonlarında minlərlə göyçəli yaşayır. Hüseyn Arif qırğın, talan başlanmamış fəlakəti sövq-təbii hiss etmişdi. Və Göyçə deyəndə bir də Məcnun Göyçəlini xatırlayıram. O Məcnun Göyçəlini ki, bir vaxtlar böyük ümidlə ustad şairə cavab yazdığı "Hüseyn Arif, dağılmarıq Göyçədən" şeirini "Azərbaycan" jurnalında çap etdirmişdi: Çeşmələrdə nənələrin gözü var, Hər daşın da söhbəti var, sözü var, Şeirimizdə Ələsgərin izi var Hüseyn Arif, dağılmarıq Göyçədən! Burda mənim nağıllaşan anam var, Gül ömürlü, kəm iqballı babam var! Saz yaşadan, söz ucaldan qalam var,- Hüseyn Arif, dağılmarıq Göyçədən! Onunla ilk tanışlığım 90-cı illərin əvvəllərində oldu. Məcnun "Ozan" qəzetinin redaktoru idi. Mən də o qəzetin redaksiya heyətinin üzvü seçilmişdim, həm də Şirvan aşıqları haqqında məqalələr çap etdirirdim. Məcnunu elə ilk tanışlığımızdaca sevdim. Mənim həmişə üzügülər adamlardan xoşum gəlir. Üzügülər adamlarda xainlik, paxıllıq, həsəd olmur. Sonralar Məcnun "Azərbaycan" jurnalına yazılar gətirdi, məmnuniyyətlə çap elədik. Amma üzügülər Məcnunun şeirləri dərdli idi. Məcnunun "Ağ buluda qanad ömür", "Göyçənamə" şeirlər kitabı, bir də bu il "Kredo" qəzetində hissə-hissə çap etdirdiyi "Ocaqyalı" poeması qarşımdadır. Söz vermişdim ki, hansı şeirini bəyənməsəm, üstündə işarə qoyacağam. Amma heç birinin üzərində işarə qoymadım. Hayfım gəldi. Çünki bu şeirləri həvəskar şair yox, ürəyi dərdli, həm də professional şair yazıb. Hətta bəzi sınıq, yerinə düşməyən misraları da o gözəl şeirlərə bağışladım. Taleyin bölgüsündə Nə əvvələm, nə axır. Dilimdən çıxan sözüm, İndi canımdan çıxır! Bu şeirin sonu belə bitir: Allahım, zəlil eylə, Vətəndə öldür məni! Bütün şeir və poemalarında Məcnunun Vətən harayını eşidirəm. Əslində o, qürbətdə deyil, bizimlədir. Ancaq anasının təndir yapdığı, özünün kövşənlərdə gəzdiyi, gülünü-çiçəyini iylədiyi torpağı Vətən sanır və əlbəttə, haqlıdır. Böyük Vətəni - Azərbaycanı sevmək üçün bala Vətəni - Kiçik Məzrəni - Göyçəni sevmək lazımdır. Və bu Məzrə-Göyçə sevgisi o qədər güclüdür ki, sənin də yadına doğma kəndin, onun bulaqları, çölü, çəməni yada düşür. Mənə bu şeir nümunələri içərisində ən çox yer eləyən, ürəyimi titrədən bir neçə şeir oldu ki, onlar haqqında mütləq söz açmalıyam. Birincisi, "Anasızam" şeiridir. Mən də anasızam və anamın ölümünü dəhşətlə xatırlayıram. Son dəqiqələrində yanında ola bilmədim. Dünya kimi anasızam! Küləklər laylamı çalır. Bir vaxt özü qocalanın, İndi məzarı qocalır. Qaranquş yuvasız qalıb, Təndir sönüb, ocaq yanmır. Fələk dərdimi oyadıb, Anam oyanmır, oyanmır! Yurd həsrətli quş olmuşam, Öz yuvama dönəmmirəm! Beşiyimə dediyini, Məzarına deyəmmirəm!!! Bu şeiri mən son illərdə ana haqqında yazılmış ən yaxşı şeirlərdən biri hesab edirəm. Məcnunun orijinal "Bayatılar"ı da xoşuma gəldi. Bəziləri öz şeiriyyətinə, poetik gözəlliyinə görə xalq bayatılarından seçilmir. Aşıq, demə dağa gəl, Aranı gəz, dağa gəl. Dağlar viran qalıbdı, Sinəmdəki dağa gəl! Yolum daraldı, neynim, Bağçam saraldı, neynim. Vətən verən canımı, Qəriblik aldı, neynim! Üçüncü belə şeir "Ahımı qaytarın işığa doğru"dur. Məcnun şeirdə ustad Aşıq Alıdan bir epiqraf verib: Aşıq Alı, dərdi canda saxlaram, Sinəm üstün çalın-çarpaz dağlaram, Gecə-gündüz nalə çəkib ağlaram, Hayıf gözlərimə, zay oldu getdi! Bu şeir klassik aşıq poeziyasının ən zərif, sanki tutiya misallı nümunələrindən biridir. Belə şeirlərin əvəzi tapılmır və onlara nəzirə yazmaq da günahdır, sanki o şeirlər dünyaya bir dəfə gəlir, ikincisini yazanda heç cür alınmayacaq. Necə ki, Füzuliyə nəzirələr yazır, Füzuli zirvəsinə ucala bilmirlər, ətəyinə yuvarlanırlar. Məcnun nəzirə yazmayıb, sadəcə Aşıq Alının şeirindəki fikirdən öz fikirlərinə istinad, dayaq axtarıb. Burada göz obrazı həsrət, qəriblik anlayışlarını daha dolğun ifadə etmək üçün yaradılıb. Hardasan, qürbətdə sıxılan Vətən, Gözümün nuru da qürbətə döndü. Qürbət, ayrılıq, həsrət... Bu sözlər Məcnun Göyçəlinin poetik lüğətində tez-tez, mütəmadi işlənən sözlərdir. Onun "Gedəcəm" şeiri qürbət poeziyasının ən dolğun nümunələrindəndir. Qürbət eldə qəhərimlə açılan, Könül-könül çiçək qoyub gedəcəm! Bu yazının əvvəlində Aşıq Ələsgəri və Hüseyn Arifi xatırladım. Məncə, Məcnun Göyçəli bu iki sənətkarın ləyaqətli varislərindən biri olmaq istəyir. Hüseyn Arif müasir Azərbaycan poeziyasında Aşıq Ələsgərə ruhən ən çox bənzəyən şair idi. Doğrudur, onları bədii təfəkkürü etibarilə fərqləndirmək olar, yəni deyə bilərik ki, Ələsgər başqa zəmanənin, Hüseyn Arif başqa zəmanənin şairləridir. H.Arif nə qədər təbii və sadə yazsa da, onun bədii təfəkkürü XX əsrin ən müasir poetik təfəkkürü kimi formalaşmışdı. Ancaq H.Arif də Aşıq Ələsgər kimi bütün kökü-köməci ilə xalqın saz və söz dünyasına bağlı idi. XX əsrin əksər şairləri qoşma və gəraylı yazıblar. Lakin etiraf edək ki, onların heç biri H.Arif qədər qoşma, gəraylı ustası ola bilməyiblər. Məcnun Göyçəlinin bəzi qoşma və gəraylıları bu mənada o ustad sənətkarların kamilliklə yaratdıqları nümunələrə bənzəyir. Demək istəyirəm ki, Məcnun Göyçəli xalq ədəbiyyatının içindən gəlib. Mən müasir poeziyamızda Məmməd İlqarın, Zirəddin Qafarlının, Əliağa Aslanın qoşma və gəraylılarını da bəyənirəm. Yəni Məcnun, Məmməd, Zirəddin və Əliağa qoşmaya ya gəraylıya baxıb onların şəklini çəkmirlər, onları təqlid eləmirlər, əsl qoşmanın və gəraylının özünü yaradırlar. Məcnunun bir gəraylısına diqqət yetirək: Bu haqqı kim verib sənə? Kipriklərin ox üstədi! Elə baxdın, elə bildim, Ala gözlər söz istədi! Çalxalandın sona kimi, Tərpəndi könlümün simi. Öldüm, sındır o tilsimi, Gör şair nə həvəsdədi! Asta yeri, dünya qopar, Dərd məni səhrada tapar! Bu könlümü özün apar, Deməsinlər qəfəsdədi! Yolum üstə bitən çiçək, Dindir məni göyçək-göyçək. Tellərini üzümə çək, Desinlər, Məcnun xəstədi! Məcnun Göyçəli ictimai ruhlu şeirlər də yazır. "İctimai" deyəndə Sovet dövründəki ifadə ("ictimai məzmun", "ictimai pafos") yada düşür. Ancaq bu şeirlər də elə dərddən yoğrulub. Təbii ki, düşmənə, xainə qarşı mübarizədə dərd yox, qəzəb hakim olmalıdır. Və buna görə də Məcnunun "Göyçənamə"sində sızıltılı şeirləri, bir qədər yox, lap elə çox ümidsizlik aşılayan şeirlərini oxuyanda özüm də bədbinləşdim. Məcnun deyəndə ki: "Görən harda öləcəyəm! - Nə Göyçə var, nə göyçəli", yaxud "Mən Göyçədə ölmədim, Ölübdü Göyçə məndə!", bu misralardakı ifrat pessimizmlə razılaşmıram. Şairin belə bir mənəvi məğlubiyyətlə barışmasını istəməzdim. Elə bilirdim, Məcnunun Göyçə həsrətini elə bu cür hədsiz ələm və kədər notları təşkil edir, amma yaxşı ki, Məcnun dərdini, qüssəsini, Göyçə həsrətini həm də içindəki qəzəbə də çevirə bilir. Tənqidçi həmkarım Əsəd Cahangir (O, "Göyçənamə" kitabına gözəl bir müqəddimə yazıb) demişkən, belə şeirlərində "M.Göyçəli bu kütləvi ağlaşma karnavalına qoşulmur". İrəvan qaldırsın ağ bayrağını, Qisas qiyamətə qalmayıb, qalmaz. Qeyrət qalasını, yurd torpağını Atəşlə almasaq, atəşkəs olmaz! Məcnun Göyçəli şeirlərindəki Vətən dərdini, həsrətini, xalqıyla, millətiylə bağlı ağrılı düşüncələrini eynən poemalarında da davam etdirir. "Zülmətdə döyüşən pəncərə", "Göyçə dərdi", "Göyçə gözəli", "Zirvə yollarında atılan ömür" poemaları da elə Göyçə faciələrindən söz açır. Bir neçə kəlmə də Məcnun Göyçəlinin "Ocaqyalı" poeması haqqında. Bu əsər ustad Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasına nəzirə kimi yazılıb. Bu poemada da əsas qəhrəman - baş obraz Göyçədir. Təxminən 1500 misradan ibarət olan poemada Şəhriyar üslubu, "Heydərbabaya salam" forması eynən saxlanılıb. Poemada Göyçə bütün etnoqrafik cizgiləri, orada yaşayan ağsaqqallı, ağbirçəkli, sazlı-sözlü dünyası, el adətləri, gözəllərinin təsviri və təbiət gözəllikləri ilə əks olunub. Poema bu misralarla bitir: Ocaqbaşı, ağ buludun oynasın, Dumanların dərələrdə qaynasın, Torpağa de, məzarımı saxlasın, Yüz il keçə, düşmən səni anlamaz, Bulaqların yad nəfəsə qaynamaz! Ocaqyalı, dumanların sürünə, Ağrıdağdan ucalığın görünə, Dağın-daşın toy libası bürünə, Xoş günlərin yenə verə əl-ələ, Ocağına iman gələ, din gələ! Buna hamımız inanırıq. Məcnun Göyçəlinin Göyçənin Məcnununa çevrildiyi bu şeir və poemalardan heç də kədərlə, üzüntüylə ayrılmıram. İçimdə elə bu dərdli kitabdan cücərən bir işıq boylanır. Çünki Məcnun Göyçəli də Füzulinin Məcnunu kimi işıq gəzir. Qeysi Məcnuna çevirən o işıq oldu. Məcnun Göyçəlini də Göyçəyə aparan o işıq olacaq... P.S. Bu yazını qələmə alanda eşitdik ki, Məcnun Göyçəlinin 21 yaşlı qızı vəfat edib. Qələm dostumuzun kədərinə şərik oluruq. Vaqif YUSİFLİ 525
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
İran prezidentinin istefa verdiyi iddia olunur
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib