Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ukraynada "siyasi temperatur" yüksəlməyə başlayıb. Belə ki, bu nəhəng MDB dövlətində mövcud olan siyasi situasiyanın yenidən gərginləşməyə meyilləndiyi müşahidə edilməkdədir. Hər halda, Ukraynada cərəyan edən ölkədaxili siyasi proseslərin intensiv xarakter almaqda olduğu açıq-aşkar nəzərə çarpır. Üstəlik, Ukraynanın hakimiyyət dairələrində müəyyən narazılıqların mövcud olduğu da qətiyyən diqqətdən yayınmır. Bu baxımdan, Ukraynada cərəyan edən ölkədaxili siyasi proseslərin təhlükəli istiqamətlərə yönələ biləcəyi də istisna edilmir. Onu da qeyd edək ki, Ukrayna, əslində, "narıncı inqilab"ın baş verməsindən üzübəri həmişə ölkədaxili siyasi problemlərlə mübarizə aparmaq məcburiyyətində qalan dövlət təsiri bağışlamaqdadır. Belə ki, bu nəhəng MDB dövlətinin hakim elitasında ortaq mövqenin formalaşdırılması kifayət qədər ciddi problem səviyyəsinə yüksəlmiş kimi görünür. Həm də bu problem eyni vaxtda bir-birinə paralel olaraq iki istiqamət üzrə ortaya çıxmaqdadır. Ona görə də, Ukraynanın yaxın gələcək üçün perspektivlərinin müəyyənləşdirilməsi o qədər də asan məsələ təsiri bağışlamır. Məsələ ondadır ki, hakim elita arasında ortaq mövqenin formalaşdırılması qarşısındakı əngəllərin birinci istiqamət üzrə inkişafı özündə əsasən hakimiyyət-müxalifət ziddiyyətlərini əks etdirir. Belə ki, bu iki siyasi düşərgə arasında kifayət qədər ciddi mənəvi-ideoloji problemlərin olduğu açıq-aşkar nəzərə çarpır. Ən azından ona görə ki, Ukrayna hakimiyyəti üzünü Qərbə doğru çevirməyə can atır. Ukraynanın gələcək inkişaf perspektivlərini məhz Avropaya və Qərbə inteqrasiyada gördüyünü qətiyyən gizlətmir. Və bu istiqamətdə hər hansı irəliləyişlərə nail olmaq məqsədilə əlindəki bütün mümkün vasitələrdən yararlanmağa çalışır. Ancaq qarşı tərəf - Ukrayna müxalifəti Yuşşenko hakimiyyətinin bu xarici siyasət kursuna tam şəkildə əks mövqe tutmaqla diqqəti özünə çəkir. Belə ki, Regionlar Partiyası və onun lideri olan keçmiş baş nazir Viktor Yanukoviçin ətrafında formalaşan müxalifət düşərgəsi Ukraynanın Avropaya və Qərbə inteqrasiya cəhdlərini yolverilməz addımlar kimi dəyərləndirir. Bu siyasi düşərgə əmindir ki, Ukrayna öz gələcəyini Avropa və NATO-ya inteqrasiyada deyil, məhz Rusiya ilə strateji müttəfiqlikdə axtarmalıdır. Və indiki mərhələdə Ukrayna üçün bu strateji müttəfiqliyin alternativi hələlik mövcud deyil. Ən azından ona görə ki, Ukrayna və Rusiya əsrlər boyu eyni mənəvi-siyasi dəyərləri bölüşmüş və oxşar milli maraqları olan iki qonşu dövlətdir. Bu baxımdan, Ukraynanın Rusiya ilə ortaq mənəvi-siyasi və iqtisadi bağlar əsasında inkişafa üstünlük verməsi qaçılmazdır. Təbii ki, Yuşşenko hakimiyyəti Ukrayna müxalifətinin bu mövqeyi ilə barışmaq istəmir. Elə bunun nəticəsidir ki, sonuncu parlament seçkilərinə qədər eyni hakimiyyətin iki qolu - prezident administrasiyası və hökumət arasında kəskin ziddiyyətlər ortaya çıxmışdı. Və həmin ziddiyyətlərin böhranlı həddə qədər dərinləşməsi Ali Radanın prezident Viktor Yuşşenko tərəfindən vaxtından əvvəl buraxılmasına yol açmışdı. Bununla da, həmin dövrdə fəaliyyətdə olan Yanukoviç hökuməti öz səlahiyyətlərini itirmişdi. Düzdür, növbədənkənar parlament seçkilərindən sonra Ukraynada ölkədaxili siyasi böhranın tədricən aradan qaldırıla biləcəyi ehtimal olunurdu. Ən azından ona görə ki, həmin seçkilər sayəsində o dövrdə yarımmüxalifət mövqeyində dayanan "narıncı düşərgə" Ali Radada yeni hökuməti formalaşdıra biləcək sayda yer qazana bilmişdi. Belə hesab olunurdu ki, bütün hakimiyyətin eyni qüvvənin - "narıncı düşərgə"nin əlində cəmləşməsi hakim siyasi elita daxilindəki kəskin ziddiyyətləri arxa plana keçirəcək. Halbuki bunun əksinin baş verə biləcəyini sezdirən məqamlar da olmamış deyildi. Məsələ ondadır ki, elə "narıncı düşərgə" daxilində də kifayət qədər ziddiyyətlərin mövcudluğu əksər müşahidəçsilərdə narahatlıq doğururdu. Onlar hesab edirdilər ki, prezident V.Yuşşenkonu dəstəkləyən "Bizim Ukrayna" blokuyla "Yuliya Timoşenko" bloku arasındakı anlaşılmazlıqlar son nəticədə yeni siyasi böhrana yol aça bilər. Hər halda, vaxtilə bu iki blokun birgə formalaşdırdığı koalisyon hökumətin vaxtilə istefaya göndərilməsi belə düşünməyə əsas verir. Həm də, bu proses prezident V.Yuşşenko ilə həmin dövrün baş naziri Y.Timoşenkonun münasibətlərindəki gərginliyin qarşıdurma həddinə çatdığı ərəfədə ortaya çıxmışdı. Təbii ki, belə vəziyyət "narıncı düşərgə"yə aid olunan bu iki siyasi blok arasındakı növbəti əməkdaşlığın uğurlu nəticələrə yol aça biləcəyinə ciddi şübhələr yaradırdı. Yenə də əksər müşahidəçilər bu iki siyasi blokun quracağı koalisyon hökumətin müəyyən çəkişmələrlə müşayiət oluna biləcəyini qabartmağa çalışırdılar. Və onlar əminliklə prezident V.Yuşşenkoyla xanım Timoşenkonun uzun müddət bir yerdə fəaliyyət göstərə bilməyəcəklərini vurğulayırdılar. Ekspertlərin göstərdiyi səbəblərsə, sadəydi. Onlar daha çox Ukraynanın gələcək perspektivləri üçün mübarizə aparan, dürüstlüyü və proqmatik siyasətçi olmasıyla seçilən prezident V.Yuşşenkonun Yuliya Timoşenko kimi qalmaqallı siyasi personanın hansı ortaq dəyərləri paylaşa biləcəklərini təsəvvür etmədiklərini qabardırdılar. Çünki baş nazir Y.Timoşenko əsasən intriqalara ifrat meyilliliyi ilə diqqəti çəkir. Eyni zamanda, xanım Timoşenkonun siyasi fəaliyyətində, adətən, özəl maraqlar daha ön planda olur. Hər halda, xanım Timoşenkonun Kuçma hakimiyyəti dönəmində Ukraynanın təbii qaz sektorunda öz şəxsi mənafeyi çərçivəsinlə etdiyi genişmiqyaslı maliyyə fırıldaqları ucbatından baş nazir postundan istefaya göndərilməsi inkarolunmaz reallıqdır. Xanım Timoşenkonun "narıncı inqilab"da iştirak etməsinin də məhz onun keçmiş prezident Leonid Kuçmadan intiqam almaq istəklərindən qaynaqlandığı heç kəsdə şübhə doğurmur. Maraqlıdır ki, yerli ekspertlərin bu ehtimalları özünü tamamilə doğrultdu. Belə ki, baş nazir Y.Timoşenko yeni hökumətə rəhbərlik etməyə başlamasından çox qısa zaman ötdükdən sonra prezident V.Yuşşenkoya qarşı fəaliyyətə start verdi. Belə ki, xanım Timoşenko Ukraynanın milli maraqlarından irəli gələn əksər siyasi və iqtisadi islahatlar qarşısında əsas əngəl rolunu öz üzərinə götürməkdən çəkinmədi. Nəticədə Ukraynanın üzləşdiyi iqtisadi böhran və inflyasiya daha da dərinləşdi. Yerli ekspertlər yenə də xanım Timoşenkonun bu davranışlarını onun özəl maraqlarıyla izah edirlər. Onların fikrincə, baş nazir Y.Timoşenko Ukraynada siyasi və iqtisadi islahatlara əngəl törətməklə özünün köhnə və yeni maliyyə fırıldaqlarının ört-basdır etmək məqsədi güdür. Onu da qeyd edək ki, prezident administrasiyasından verilən son açıqlamanın məzmunu da yerli ekspertlərin ehtimallarına haqq qazandırır. Belə ki, prezident administrasiyasının rəsmi təmsilçisi baş nazir Y.Timoşenkonu irihəcmli maliyyə fırıldaqlarında, rüşvət və korrupsiyada, eləcə də birbaşa dövlətə xəyanətdə suçlayıb. Onun sözlərinə görə, baş nazir Y.Timoşenko Rusiya ilə gizli anlaşmaya gedərək Ukraynanın Gürcüstana yardım göstərməsinə əngəl törətmək öhdəliyi götürüb. Əvəzindəsə, növbəti prezident seçkilərində Kremldən Rusiyanın dəstəyinə tam təminat alıb. Prezident administrasiyası rəsmisinin iddiasına görə, Rusiya tərəfi artıq Y.Timoşenkonun prezident seçilməsini təmin etmək məqsədilə bir milyard dollar həcmində maliyyə vəsaiti ayırıb. Bütün bunları və digər faktları nəzərə alan prezident administrasiyası isə baş nazir Y.Timoşenkonun haqqında olan materialları hüquq-mühafizə orqanlarına təqdim edib. Göründüyü kimi, Ukrayna növbəti siyasi böhran təhlükəsiylə üzləşib. Üstəlik, bu böhranın yeni baiskarı rolunda Yuşşenko hakimiyyətinin siyasi ortağı çıxış edir. Belə anlaşılır ki, xanım Timoşenko özünün siyasi intriqa və şəxsi maraqlar çərçivəsində fəaliyyət göstərmək vərdişlərinə tam şəkildə sadiqdir. Bu isə o deməkdir ki, ən yaxın günlərdə Ukrayna cəmiyyəti növbəti dəfə bu xanım siyasətçinin bitib-tükənməyən intriqalarının ağır zərbələrinə tuş gələ bilər. Elçin XALİDBƏYLİ sherg
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi