Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Rusiyanın Gürcüstana təcavüzünə sərt reaksiya Avropa ölkələri prezidentlərinin ABŞ-a öz partnyorlarını müdafiə etməklə bağlı etdiyi çağırışlar öz effektini verdi. Bu bəyanatlardan dərhal sonra Dövlət katibi Kondoliza Raysı vəziyyətlə yerindəcə tanış olmaq üçün bölgəyə ezam edən Birləşmiş Ştatların prezidenti Corc Buş öz hərbçilərini münaqişə bölgəsinə göndərməyə qərar verdi. Qeyd edək ki, ABŞ hərbçilərinin Gürcüstanda yerləşdirilməsi məsələsinin çoxdan Ağ Evin planları sırasında olduğunu bildirən bəzi siyasi ekspertlər prezident Corc Buşun qərarını vəziyyətdən öz xeyrinə istifadə etmək kimi dəyərləndirirlər. Bununla belə Gürcüstanın təhlükəsizliyi ilə bağlı problemlər hələ də qaldığından belə bir addımın atılmasına ehtiyac yarandığı da istisna edilmir. Politoloq Rasim Musabəyov isə hesab edir ki, indiki şəraitdə ABŞ hərbçilərinin Gürcüstana gəlməsi ilk növbədə bu ölkənin rəhbərliyinə dəstək baxımından vacibdir. - Gürcüstanda hadisələr yenicə başlayanda, o mərhələdə ki ruslar Osetiyadan gürcüləri çıxarırdı, Qərb buna elə ciddi reaksiya vermirdi. Mən bundan belə nəticə çıxarıram ki, Saakaşvilinin Osetiyada başladığı əməliyyatlar heç də ABŞ tərəfindən istiqamətləndirilməmişdi. ABŞ-ın baş verənlərə bir qədər ləng reaksiya verməsi isə Rusiyanın əl-qol açmasına imkan verdi. Təbii ki, bu narahatçılıq yaratdı. Hesab edirəm ki, indi Qərb elə bir cavablar düşünür ki, Rusiyanın ağlına bir də bu cür davranışlar nümayiş etdirmək düşməsin. - Qərbin nə kimi cavabları ola bilər? - Mənə elə gəlir ki, ABŞ hərbçiləri uzun müddət orada yerləşərsə, Rusiya Gürcüstanın NATO-ya yaxınlaşmasının qarşısını ala bilməyəcək. Nə də ruslar bunu bölgəyə ABŞ hərbçilərinin gəlməməsi üçün edirdisə, hərbçilərin gəlməsi artıq Rusiyaya cavabdı. - Amma belə fikirlər də var ki, əslində Qərb Gürcüstanı öz maraqlarına qurban verərək öz planlarını işə salmaq istəyirdi və buna da nail oldu... - Qərb gəlib burada Rusiya ilə döyüşə girmək fikrində deyil. Ancaq Rusiyanın buradakı əməllərini də cavabsız qoymaq olmaz. Əgər buna Qərb tərəfdən ciddi təpki olmasa, onda Rusiya daha da əl-qol aça bilərdi. Ona görə də Qərbin sərt təpkisi vacib idi. - Gürcüstanda baş verən hadisələr zamanı Avropa Birliyi və Türkiyə ABŞ-dan daha fəal göründü. Hətta Türkiyə öz vasitəçiliyi məsələsini də gündəmə gətirdi. Sizcə, ABŞ-ın ləng tərpənməsinə səbəb nə idi? - Hər halda burada bir məsələni nəzərə almaq lazımdır ki, bütün dünya bu gün ABŞ-la hesablaşır. Əgər ABŞ-ın sərt reaksiyası olmasaydı, Rusiya Sarkozinin təkliflərini qəbul edəcəkdimi? Təbii ki, yox. Digər tərəfdən, Türkiyə də baş verənlərdən narahatdır. Türkiyənin Gürcüstanda qanuni maraqları var. Azı BTC ilə bağlı. Türkiyə hansısa kənar bölgədə deyil. Türkiyə Gürcüstanla qonşu olan və regional dövlətdir. Bildiyiniz kimi, Türkiyə də öz ərazisində hərbi cəhətdən müəyyən hazırlıqlara başlamışdı. Rusiyanın bu cür davranışı hər bir zaman bilavasitə Rusiya-Türkiyə toqquşmasına gətirib çıxara bilər. Düşünürəm ki, Türkiyənin aktivlik nümayiş etdirməsində söhbət heç də gürcülərlə ruslar arasında vasitəçilik etməkdən getmir. Türkiyənin baş nazirinin Moskvaya səfəri də o məqsəd daşıyırdı ki, baş nazir gedib narazılığını bildirib. Bu gün Rusiya Türkiyə-Rusiya münasibətlərindən faydalanır. Əgər Rusiya bu cür davranışlarını davam etdirsə, bilməlidir ki, Rusiyaya NATO-nun müdaxiləsi Türkiyə ərazisindən gələcək. - Baş verən hadisələr Gürcüstanın NATO-ya üzvlük prosesini nə qədər sürətləndirə bilər? NATO baş katibi Yaap de Skeffer də bəyan etdi ki, Rusiyanın bu addımları prosesin intensivləşdirilməsini zəruri edir... - Burada ikili məsələ var. Bir tərəfdən fərz edirəm ki, Fransa və Almaniya Rusiyanı atəşi dayandırmağa sövq edəndə, istisna etmirəm ki, orada aparılan söhbətlərdə Rusiya bu ölkələrdən Gürcüstan və Ukraynanın tezliklə NATO-ya üzv edilməyəcəyinə vədlər verilib və bəlkə də Rusiya belə bir vədi alıb. Belə bir danışıqlar olubsa, bu yaxşı hal deyil, ancaq bu istiqamətdə müzakirələrin mümkünlüyünü də istisna etmirəm. Əslində bu vəziyyət göstərdi ki, balaca dövlətləri Rusiyanın iddiaları qarşısında tək saxlamaq mümkün deyil. Rusiyanın bu davranışı Azərbaycan üçün də çox böyük arqumentdir ki, NATO ilə bağlı addımlarını bir daha nəzərdən keçirərək Gürcüstan kimi NATO-ya doğru sürətlə irəliləməyə başlasın. - Saakaşvili açıq şəkildə bəyan etdi ki, onlar dost kimi kömək gözlədiklərindən deyil, gözləmədikləri ölkələrdən dəstək aldılar. Ukrayna istisna olmaqla baş verənlərlə bağlı digər GUAM ölkələrinin reaksiyası müşahidə edilmədi. - Tamamilə razıyam. XİN-in mətbuat katibi Xəzər İbrahimin verdiyi bəyanatdan başqa, o da bu bəyanatı verəndə hadisələr hələ gərgin mərhələyə keçməmişdi. Azərbaycan heç cür səsini çıxartmadı. Mən buna görə təəssüflənirəm. Azərbaycanın bilavasitə maraqları Gürcüstanla bağlıdır. Azı bu ölkədə kommunikasiya maraqları var və bu maraqlar Rusiya tərəfindən təhlükə altında qoyulmuşdu. Buna görə də Gürcüstanın Azərbaycandan həmrəylik səsi eşitməyə haqqı çatırdı. Doğrudur, bizim GUAM çərçivəsində elə bir öhdəliklərimiz yoxdur. Baxmayaraq ki, Ukrayna Gürcüstana yardım etməyi nəzərdən keçirdiyi barədə bəyanatlar verirdi, lakin hərəkət etmədi. Azərbaycanın da bu cür hərəkət etmək imkanları yox idi. Ancaq etiraz səsini ucaltmaq və Gürcüstanla həmrəylik nümayiş etdirmək olduqca vacib idi. Mənə elə gəlir ki, Azərbaycan çox ləngidi. - Gürcüstandakı hadisələrdə "Kosovo presedenti" nə dərəcədə rol oynadı? - Rusiyanı anlamaq çox çətindi. Bir tərəfdən Rusiya Kosovo məsələsinin əleyhinə çıxaraq onu qəbul etmədiyini bəyan edir. İndi isə deyir ki, "yox, mən bundan öz bildiyim kimi istifadə edəcəm". Yəni bu o deməkdir ki, kimin gücü nəyə çatırsa onu edəcək? Onda yeganə bir yol qalır. NATO-da birləşən dövlətlər Rusiyadan qat-qat güclüdürlər. Onda bu dövlətlər birləşərək məcbur olacaqlar Rusiyanı yerində oturtsunlar. Yəni Rusiya hər şeyi güclə həll etmək istəyirsə, onda özü də ondan qat-qat böyük güclə üzləşə bilər. Rusiya ortaya prinsipial mövqe qoya bilərdi ki, siz Kosovoda məsələni bu cür həll elədiniz. Mən də Gürcüstanın ərazi bütövlüyünə və insanların hüquqlarına hörmət edərək bu problemi sülh yolu ilə belə həll etdim. Bu prinsipial mövqe olardı. Ancaq bunun tam əleyhinə hərəkət etdi və göstərdi ki, harda nə istəyirəm onu edə bilərəm. Amma indi onun əl-qolunu elə kəsərlər ki, Gürcüstanla bağlı xülyalar da yadından çıxar. Mənim fikrimcə, Qərbin Rusiyaya ən yaxşı cavabı tezliklə Gürcüstan və Ukraynanı NATO-ya üzv edər. Məndən asılı olsaydı, Azərbaycan da bu sırada olardı. Çox uzağa getməyək. Estoniyanın ordusu yoxdur. Amma NATO ölkəsidir. Rusiyanın hünəri çatır orada bir şey eləsin. - Amerika hərbçilərinin Gürcüstana gəlməsi Rusiyanın mövqeyini hara qədər sıxışdıracaq? - Amerika hərbçilərinin gəlməsinin özü faktiki olaraq Rusiyaya Gürcüstandan yığışdırılmaq üçün cavabdır. Yəni Rusiya özünü yaxşı aparmasa, artıq onun işi gürcülərlə yox, ABŞ-la olacaq. Düşünmürəm ki, Amerika gedib rusları Osetiyadan çıxaracaq. Amma Rusiya sülhməramlı missiya yerləşən xəttə kimi geri çəkilməlidir. Orada sülhməramlı qüvvə kimi 500 nəfər adam olmalı idi. Amma Rusiya Gürcüstana 25 min hərbçi doldurub. Buna kim icazə verib? Amerika hərbçilərinin Gürcüstana gəlməsi bu ölkəyə dəstək deməkdir. - Bundan sonra Gürcüstan-Rusiya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olar? - Düşünmürəm ki, Rusiyanın ən böyük səhvi ondan ibarət idi ki, faktiki olaraq Qafqazda özünə ən yaxın olan xalqı özünə qarşı qoydu. Həm Şimali Qafqazda, həm Cənubi Qafqazda ruslara gürcülərdən yaxın və pravoslav olan xalq yox idi. Bu vaxta kimi elə bir hal olmayıb ki, gürcülər ruslarla müharibə aparsınlar. Ancaq Rusiya süni şəkildə Gürcüstanı və gürcüləri uzun müddətə özlərinə qarşı nifrət yaradan bir münasibətə sövq etdi. Buna görə də iki ölkə arasında normal münasibətlər yaratmaq çox çətin olacaq. İnanmıram ki, bu mümkün olsun. - Bundan sonra hadisələr hansı istiqamətdə inkişaf edə bilər? - Hər halda birinci növbədə Gürcüstan hökumətinin özünə gəlməsi vacibdir. Gürcüstanın ABŞ-ın və Türkiyənin köməyi ilə hərbi cəhətdən bərpa olunması həyata keçirilməlidir. Dekabrda olmasa da, ilin sonunda ABŞ-da administrasiya dəyişəcəyinə görə ola bilsin, ondan sonra yenə də gündəliyə NATO məsələsi kifayət qədər sərt şəkildə gələcək. Vüsalə Rafiqqızı sherg
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Gilanda 9 vəkilə həbs cəzası verildi
Şəhriyarın anım günüdür
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi