SON XƏBƏRLƏR

İranın nüvə proqramının heç bir dinc Məqsədi yoxdur!- ABŞ

2024.06.25, 15:25
İranın nüvə proqramının heç bir dinc Məqsədi yoxdur!- ABŞ

İyunun 24-də, Təhlükəsizlik Şurasının 2231 saylı qətnamə ilə bağlı iclasından sonra Almaniya, Böyük Britaniya və Fransa İrandan nüvə gərginliyinin artmasını dayandırmağı və nüvə sazişi çərçivəsində öz öhdəliklərinə qayıtmağı tələb ediblər.

Gunaz.tv

Bu barədə ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

O, bəyan edib ki, İran hökuməti 2015-ci il nüvə sazişini və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin təftiş prosesini pozmaqda davam edir.

"Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 may və 13 iyun tarixli hesabatları göstərir ki, İran nüvə proqramını heç bir etibarlı dinc tətbiqi olmayan şəkildə genişləndirməkdə qərarlıdır.

Həmçinin bu görüşdə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi İrana Avropa üçlüyü tərəfindən tətik mexanizminin işə salınması ehtimalı barədə xəbərdarlıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar