SON XƏBƏRLƏR

Mən İrana kömək edirəm- Tramp

2025.04.26, 11:13
Mən İrana kömək edirəm- Tramp

İran atom silahına malik ola bilməz, mən onlara yaxşılıq edir, əlavə xərclərə düşmələrinə mane oluram.

Gunaz.tv

Bu sözləri ABŞ prezidenti Donald Tramp, dünən axşam Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya yola düşməzdən əvvəl prezident təyyarəsində İrana qarşı siyasətini şərh edərkən deyib.

O, atom silahının təhlükəli və bunun İran üçün böyük vəsait xərcləməsi ilə nəticələndiyini söyləyib, bunun qarşısını almaqla isə Tehranın , milyardlarla dollara qənaət etməsinə səbəb olduğunu bildirib.

"İndiyədək İranla razılaşma çox yaxşı keçib və biz onlarla yüksək səviyyədə müzakirələr aparırıq. Düşünürəm ki, onlar razılaşmaq istəyirlər, biz də razılaşmaq istəyirik",- ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran nümayəndələri arasında danışıqların üçüncü raundu bu gün Omanın paytaxtı Maskatda keçiriləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar