SON XƏBƏRLƏR

Azərbaycan XİN İrana səfər edən vətəndaşlarımıza koronavirusla bağlı müraciət etdi - RƏSMİ

2021.10.20, 07:36
Azərbaycan XİN İrana səfər edən vətəndaşlarımıza koronavirusla bağlı müraciət etdi - RƏSMİ

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İrana səfər edən vətəndaşlara müraciət edib.

 

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir", - deyə müraciətdə qeyd edilir.

 

Nazirlik həmçinin hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarına Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələrini tövsiyə edir. 

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

 

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16
Telefon: (+9821) 22 55 82 99
(+9821) 22 55 42 55
Fax: (+9821) 22 55 81 83

 

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon: (+98413) 333 48 02/04
Fax: (+98413) 331 53 80"

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar