SON XƏBƏRLƏR

Bəhreyn 165 vətəndaşını İrandan çıxarıb. Onlardan 77-sinin koronavirusa yoluxduğu aşkar edilib

2021.10.20, 07:36
Bəhreyn 165 vətəndaşını İrandan çıxarıb. Onlardan 77-sinin koronavirusa yoluxduğu aşkar edilib

Gunaz.tv

GünazTV: Bəhreyn hökuməti martın 10-da təşkil etdiyi özəl bir uçuşla 165 vətəndaşını İrandan çıxarıb.

 

Bu barədə, Bəhreyn Səhiyyə Nazirliyi martın 11-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, özəl bir təyyarə ilə İrandan Mənaməyə gətirilən 165 Bəhreyn vətəndaşından 77-sinin koronavirusa yoluxduğu aşkar edilib: “İranda qalmış digər Bəhreyn vətəndaşları da martın 12-də özəl bir təyyarə ilə ölkəyə gətiriləcək və virusa yoluxmayanlar iki həftə müddətinə karantin şəraitində saxlanılacaq” -deyə, Bəhreyn Səhiyyə Nazirliyinin yaydığı bəyanatında bildirilir.

 

Qeyd edilir ki, İranla Bəhreyn arasında birbaşa uçuşlar olmasa da, Bəhreyn vətəndaşlarının İrandan çıxarılması üçün gerçəkləşdirilən özəl uçuşlar Bəhreyn Səhiyyə Nazirliyi tərəfindən təşkil edilib.

 

 

Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin martın 11-də yaydığı son statistikasına əsasən, bu günə qədər ölkədə koronavirusa yoluxanların sayının 9000 nəfərə, ölənlərin sayının isə 354 nəfərə çatdığı bildirilsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar